Azərbaycan Respublikası Ali Məhkəməsi

Azadinform.az: Ramiz Rzayev: “Bu günə qədər Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 85 iş ünvanlanıb”
  • Samir Soltanov/AZADİNFORM. Bu gün “İnsan Hüquqları və əsas Azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilir. 

    AZADİNFORM xəbər verir ki, konfransın açılış mərasimində Ali Məhkəmənin sədri Ramiz Rzayev, Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Din Şpilman, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və digərləri iştirak edir.

    Jurnalistlərə açıqlamasında “Bu günə qədər Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 85 iş ünvanlanıb”, deyən Ramiz Rzayev bildirib ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və 2000-ci ildən Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan üzrə işlərə baxır: “O vaxtdan oktyabr ayı da daxil 2014-cü ilə qədər Avropa İnsan Haqları Məhkəməsi tərəfindən Azərbaycan üzrə baxılan 85 işdə İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Avropa Konvensiyanın pozulması müəyyən edilib. Elə ölkələr var ki, onlarla bağlı bir il ərzində 200-300 işə baxılır”.

    R. Rzayev bildirib ki, 85 iş o qədər də çox deyil: “Azərbaycan bu istiqamətdə çalışır, seminarlar, treninqlər keçirilir. Biz bu 85 işin nədən ibarət olduğunu təhlil edirik. Ən çox pozuntu Konvensiyanın 6-cı maddəsi ilə əlaqədardır. Yəni məhkəməyə müraciət hüququ, məhkəmədə buraxılan nöqsanlar. Çünki məhkəmə sonuncu instansiya olduğuna görə, bütün icra qurumlarının da yol verdiyi səfləri gərək məhkəmə düzəldə. Bir də 1-ci protokolun 1-ci maddəsi əsasən mülkiyyət hüququ ilə bağlıdır. Yəni problem əsasən bu iki istiqamətdədir”.

    http://www.azadinform.az/news/a-79644.html


<<  Geri qayıt