Azərbaycan Respublikası Ali Məhkəməsi

Sia.az: Prezident Din Şpilmanı qəbul edib
  •  Bu gün Azərbaycan prezidenti İlham Əliyev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilmanı qəbul edib. SİA-nın xəbərinə görə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman Bakıda keçirilən “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfransın Avropa ölkələri hakimləri arasında dialoqun inkişaf etdirilməsi və Azərbaycanda məhkəmə sisteminin daha da təkmilləşdirilməsi baxımından önəmini qeyd edib. O, müxtəlif ölkələrdən olan xeyli sayda hakimlərin konfransda iştirak etdiyini vurğulayaraq, tədbirin Avropa səviyyəsində əhəmiyyətini diqqətə çatdırıb.

    Strasburqa son səfərini məmnunluqla xatırlayan dövlət başçısı ölkəmizin xüsusilə Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə Avropanın müvafiq qurumları ilə fəal əməkdaşlıq etdiyini deyib və Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlərin əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev bu baxımdan “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfransın əlaqələrin genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

    Görüşdə Azərbaycan ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

     http://sia.az/ru/news/politics/439199-prezident-din-spilmani-qebul-edib


<<  Geri qayıt