Azərbaycan Respublikası Ali Məhkəməsi

Ulu öndərin xatirəsi Ali Məhkəmədə yad edilmişdir
  • 2014-ci il dekabrın 11-də Ali Məhkəmədə ümummilli lider Heydər Əliyevin Xatirə gününə həsr olunmuş tədbir keçirilmişdir.

    Tədbiri giriş sözü ilə açan  Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsipləri Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edərək,Ulu öndərin özünün təkrar olunmaz fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərilməsindən danımışdır.

           Ali Məhkəmənin sədri bildirmişdirki, müasir Azərbaycanın mürəkkəb və tale yüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoymuşdur. Ümummilli lider Azərbaycançılıq ideyasının müasir dövrümüzdə yaradıcısı olmuş, Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi  üçün möhtəşəm işlər həyata keçirmişdir.

    Ali Məhkəmənin sədri ulu öndər Heydər Əliyevin amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində  yaşadığını bildirərək bu amalların xalqımızı  tərəqqi zirvəsinə doğru inamla aparan,  ümummilliliderimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  uğurla  gerçəkləşdirildiyini  vurğulamışdır.

          Tədbirdə çıxış edən digər natiqlər Ulu öndər Heydər Əliyev Azərbaycanın yeni tarixini yazıb, yaratdığını və bu tarixin yaşadığını bildirdilər. Qeyd etdilərki, Dahi şəxsiyyət ictimai-siyasi həyatın bütün sahələrini fəth etmişdi.  Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyini öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi olduğunu qeyd edilmiş, onun irsinin daim yaşayacağını bildirmişlər. 


<<  Geri qayıt