Azərbaycan Respublikası Ali Məhkəməsi

26 fevral 2015-ci il tarixində Ali Məhkəmədə insan hüquqları üzrə beynəlxalq ekspertlərlə görüş keçirilmişdir.
  • 26 fevral 2015-ci il tarixində Ali Məhkəmədə beynəlxalq ekspertlər, Alman Ədliyyə Akademiyasının direktoru Dr. Rainer Hornung və fransız vəkil Laurent Petiti, yerli ekspert Selcan Məmmədli, Avropa Şurasının Proqram meneceri Mahir Müşteidzadə, Avropa Şurasının Azərbaycan ofisinin layihə icraçısı Vəfa Rövşənova  Ali Məhkəmənin hakimləri Vəfaddin İbayev, Hafiz Nəsibov və İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva ilə görüşmüşlər. Görüşdə 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının bir hissəsi olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” adlı yeni layihə haqqında məlumat verilmiş, ilkin olaraq Azərbaycanda hüquq peşəsi sahiblərinin təlim ehtiyaclarının qiymətləndirilməsi üzrə fikir mübadiləsi aparılmış, təlim təcrübəsinin təkmilləşdirilməsi üçün müvafiq fikir və təkliflər səsləndirilmişdir. 


<<  Geri qayıt