Azərbaycan Respublikası Ali Məhkəməsi

H.A.Mirzəyevə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hikmət Abbas oğlu Mirzəyevə “Əməkdar hüquqşünas” fəxri adı verilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 11 mart 2015-ci il.


<<  Geri qayıt