Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə “Məhkəmə təcrübəsində qadın və uşaq hüquqları” mövzusunda konfrans keçirilmişdir
  •     17 aprel 2015-ci il tarixində Ali Məhkəmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə “Məhkəmə təcrübəsində qadın və uşaq hüquqları” mövzusunda konfrans keçirilmişdir.
    Konfransda Ali Məhkəmənin hakimləri, AQUPDK-nin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova, millət vəkili Sevinc Hüseynova, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov, birinci və apellyasiya instansiya məhkəmələrinin hakimləri, eləcə də AQUPDK-nin və Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşları iştirak etmişdirlər. Konfransı Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov salamla nitqi ilə açıq elan etmiş, daha sonra sözü konfrans iştirakçılarına vermişdir. Konfransda AQUPDK-nin sədri Hicran Hüseynova, AQUPDK-nin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, millət vəkilləri Rəbiyyət Aslanova və Sevinc Hüseynova, Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Məmmədova, Ali Məhkəmənin hakimləri Gülzar Rzayeva və Sevda Hüseynova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov mövzu ətrafında çıxış etmiş, mövcud problemlər və onların həlli yolları müzakirə olunmuşdur.
    Konfransın sonunda iştirakçılar mövzu ilə bağlı öz fikirlərini bildirmişdirlər.


<<  Geri qayıt