Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 30.10.2015
  •          30 oktyabr 2015-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.

             Ağır cinayətlər, bir sıra rayon və apellyasiya instansiyası məhkəmələri sədrlərinin və hakimlərinin iştirak etdiyi Plenumda Ali Məhkəmənin sədri bildirmişdir ki, insan hüquqlarının və azadlıqlarının tərkib hissəsi kimi respublikamızda yaşayan hər bir vətəndaşın həyatının və sağlamlığının toxunulmazlığı dövlət tərəfindən qorunur və müdafiə olunur. Eyni zamanda əhalinin digər hüquqları kimi mülkiyyət hüququnun qorunması və müdafiə olunması da dövlət tərəfindən təmin edilir. Hər hansı şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır və bu kimi hərəkətlər müvafiq məsuliyyətə səbəb olur. Qeyd edilmişdir ki, qəsdən sağlamlığa ağır zərər vurma və oğurluq cinayətləri müvafiq olaraq sağlamlıq və mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindəndir və bu cinayətlərin törədilməsinə görə qanuna uyğun cəzaların təyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsinin yaradılması mühüm əhəmiyyət kəsb edir.

             Bu məsələ ilə bağlı məhkəmələr tərəfindən 2013-cü ildə baxılmış cinayət işləri üzrə aparılmış ümumiləşdirmələrin nəticələri Plenumda geniş müzakirə olunaraq təhlillər aparılmış və aşkar edilmiş nöqsanların aradan qaldırılması, gələcəkdə belə nöqsanlara yol verilməməsi məqsədilə müvafiq tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır.

            Plenumda  konkret cinayət və mülki işlərə baxılmışdır.

            Plenumun işində Baş prokuror Zakir Qaralov iştirak etmişdir.


<<  Geri qayıt