Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin sədri Strasburqda səfərdə olmuşdur
  •         Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev 2016-cı il yanvarın 29-da Fransanın Strasburq şəhərində məhkəmə ilinin açılışına həsr olunmuş təntənəli tədbirdə və “Beynəlxalq və yerli məhkəmələr insan hüquqlarının irimiqyaslı pozulmalarına qarşı” mövzusunda keçirilən seminarda iştirak etmişdir.

                Seminarda “Soyqırım, insanlığa qarşı cinayətlər və hərbi cinayətlər” və “Terrorizm” mövzularında məruzələr dinlənilmişdir. Məruzələr ətrafında geniş müzakirələr və diskussiyalar aparılmışdır. Ali Məhkəmənin sədri  seminarda iştirak edən müxtəlif ölkələrin məhkəmə sədrləri ilə söhbətlərində Azərbaycanın məhkəmə sistemi haqqında məlumat vermiş, Ermənistan tərəfindən soyqırıma, hərbi cinayətlərə və terrora məruz qalmış ölkə kimi müzakirə olunan məsələlərlə əlaqədar Azərbaycan xalqının və dövlətinin mövqeyini bildirmişdir.       


<<  Geri qayıt