Azərbaycan Respublikası Ali Məhkəməsi

Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Yüksək İnzibati Məhkəmələr Birliyinin 12-ci Konfransı keçirilir
  •     Türkiyə  Respublikasının  İstanbul  şəhərində 03-06 may 2016-cı il  tarixlərdə  Beynəlxalq Yüksək  İnzibati  Məhkəmələr  Birliyinin 12 -ci  Konfransı keçirilir. Konfransın işində Türkiyə Dövlət Şurasının dəvətinə əsasən Azərbaycan  Respublikası Ali Məhkəməsinin  sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

         Beynəlxalq Yüksək  İnzibati  Məhkəmələr  Birliyi üzv ölkələrin  yüksək inzibati məhkəmələri və beynəlxalq təşkilatların  müvafiq qurumları arasında əməkdaşliq əlaqələrinin qurulması və inkişaf  etdirilməsi, qanunvericilik və hüquq tətbiqetmə işində təcrübə mübadiləsinin aparılması məqsədilə təsis edilmişdir.

        Hazırda İstanbulda keçirilən Konfransda “İnzibati  mübahisələrin alternativ həll yolları” əsas müzakirə mövzusudur .Bununla yanaşı , Konfransın işinin gedişində komissiyalarda  “Dövlət satınlamaları və tenderlər” , “İçtimai xidmətlər” və “Vergi və iqtisadi tənzimləmələr” mövzularında müzakirələrin aparılması gözlənilir. 


<<  Geri qayıt