Azərbaycan Respublikası Ali Məhkəməsi

Türkiyənin aparıcı hüquq qeyri-hökumət təşkilatlarının nümayəndələri Ali Məhkəmədə olmuşlar
  •           2016-cı il mayın 26-da Beynəlxalq hüquq konfransında içtirak etmək üçün ölkəmizdə səfərdə olan Cahid Özkanın başçılıq etdiyi Türkiyənin aparıcı hüquq qeyri-hökumət təşkilatlarının nümayəndələri  Ali Məhkəmədə olmuşlar.

            Qonaqları Ali Məhkəmənin sədri Ramiz Rzayev qəbul etmişdir.

            Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Türkiyənin aparıcı hüquq qeyri-hökumət təşkilatlarının nümayəndələrini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, ölkəmizlə qardaş Türkiyənin məhkəmə-hüquq sistemləri arasında səmərəli və davamlı əlaqələrin qurulduğunu, bu əlaqələrin beynəlxalq təşkilatlar çərçivəsində genişləndiyini qeyd etmişdir.

              Ali Məhkəmənin sədri respublikamızda həyata keçirilən məhkəmə-hüquq tədbirlərinin səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapması barədə qonaqlara məlumat vermişdir.

             Nümayəndə heyətinin başçısı iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Qeyd edilmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

              Qonaqlar Ali Məhkəmənin inzibati binasını gəzmiş, məhkəmə tarixi muzeyinə baxmış, hakimlərin iş şəraiti ilə tanış olmuşlar. 


<<  Geri qayıt