Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin sədri Monteneqroda rəsmi səfərdə olmuşdur
  •        Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə  heyəti  2016-cı il  iyunun  23-dən 26-dək Monteneqro  Respublikasında rəsmi səfərdə olmuşdur.    

           Ali Məhkəmənin sədrini Monteneqro  Respublikasının Prezidenti Filip Vuyanoviç qəbul etmişdir. Söhbət zamanı iki ölkə arasnda siyasi, iqtisadi və mədəni əlaqələrin, eyni zamanda məhkəmə hüquq .sistemlərinin qarşılıqlı münüsibətlərinin yüksələn xətlə inkişaf etdiyi vurğulanmışdır.

           Ali Məhkəmənin sədri Monteneqro Ali Məhkəməsinin sədri xanım Vesna Medenisa ilə,  Məhkəmə Şurasının sədri, professor doktor Mladen Vudçeviçlə,  Baş  nazirin müavini  Duşko Markoviçlə keçirdiyi rəsmi görüşlərdə Azərbaycanla   Monteneqronun məhkəmə hüquq   sistemləri arasında əməkdaşlıq əlaqələrindən və bu əlaqələrin daha da genişləndirilməsi zərurətindən danışmışdır. 


<<  Geri qayıt