Azərbaycan Respublikası Ali Məhkəməsi

Avropa Parlamentinin vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri ilə görüşmüşdür
  •           2016-cı il sentyabrın 09-da Avropa Parlamentinin vitse-prezidenti, Avropa Mühafizəkar və islahatçılar qrupunun büro üzvü Riçard Çarneskinin başçılıq etdiyi Avropa Parlamentinin üzvü Kosma Zlotovski, İtaliya Parlamentinin üzvü Nikola Ciraci və Avropa Mühafizəkar və islahatçılar qrupunun siyasi müşaviri Beata Sobkieviçdən ibarət nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.

              Görüşdə Ali Məhkəmənin sədri ölkəmizin məhkəmə-hüquq sistemi barədə məlumatları, aparılan məhkəmə islahatlarının səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapması barədə qonaqlara  məlumat vermişdir. Bildirmişdir ki, Ali Məhkəmədə beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa  Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ tətbiq olunur. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır.         

              Qonaqlar Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərmiş, ölkəmizlə Avropa Parlamenti arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirmişlər.         

              Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 


<<  Geri qayıt