Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə əlaqədar Ali Məhkəmədə yığıncaq keçirilmişdir
  •        14 oktyabr 2016-cı ildə Ali Məhkəmədə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə  yığıncaq keçirilmişdir.

          Tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı məruzə ilə çıxış etmişdir. Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək  beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı əldə etmişdir.

          1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycan  keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problrmi ilə üz-üzə qalmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhvolma təhlükəsinə, separatçılıq meyllərinə və başlanan vətəndaş  müharibəsinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi.

         Bu gün vətəndaşların əsas hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil seçki və hüquq-məhkəmə sistemlərinin qurulması ölkədə müstəqillik illərində təşəkkül tapmış demokratik  ab-havanın göstəricilərindəndir.

             Biz dünyanın beynəlxalq təşkilatlarının yüksək qiymətləndirdiyi iqtisadi duruma Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinin ağır fəsadları şəraitində nail olmuşuq. Bizim səylərimiz münaqişənin sülh yolu ulə həllinə yönəlmişdir. Hələ ki, Ermənistanın qeyri- konstruktiv mpvqeyi sülhə nail ilmağa imkan vermir.

          Son 10 ildə ümumi daxili məhsulun 3,4 dəfə, strateji valyuta ehtiyatlarımızın 30 dəfə artması, yoxsulluğun və işsizliyin minimum həddə düşməsi, mühüm yerli və regional layihələrin uğurla icrası hər birimizdə qürur hissi yaradır.

           Ali Məhkəmənin sədri Müstəqillik dövründə İqtisadiyyat, mədəniyyət, təhsil, idman sahəsində əldə olunan uğurlardan, Ordu quruculuğu   sahəsində həyata keçirilən tədbirlərdən geniş bəhs etmişdir. Ötən dövrdə məhkəmə sisteminin müasirləşdirilməsi üzrə mühüm işlərin görüldüyünü diqqətə çatdırmışdır.

            Yığıncaqda çıxış edənlər müstəqilliyimizin ayrı-ayrı mərhələləri haqqında  danışmış, Ulu öndər Heydər Əliyevin və onun mənəvi-siyasi varisi cənab Prezident İlham ƏLiyevin müstəqilliyimizin qorunnasında və inkişaf etdirilməsində misilsiz xidmətləri olduğunu söyləmiş, müstəqilliyimizin daimi və əbədi olacağına inamlarını ifadə etmişlər.  


<<  Geri qayıt