Azərbaycan Respublikası Ali Məhkəməsi

Türkiyənin Azərbaycandakı səfiri Ali Məhkəmənin sədri ilə görüşmüşdür
  • 2016-cı il noyabrın 16-da Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş  səfiri Erkan Özoral Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

           Görüşdə yeni təyinatı münasibətilə səfiri təbrik edən Ali  Məhkəmənin sədri eyni dil, ənənə və dəyərlərlə bir-birinə yaxın olan hər iki xalqın vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin mövcud olduğunu qeyd etmişdir. Ali Məhkəmənin sədri Azərbaycanla qardaş Türkiyənin məhkəmə hüquq sistemləri arasında əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin uğurla inkişaf edərək nəinki ikitərəfli, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində genişləndiyini vurğulamışdır.

              2005-2009-cu illərdə Türkiyə Respublikasının Bakıdakı səfirliyində səfirin birinci müavini vəzifəsində işlədiyini xatırladan səfir Azərbaycanın sürətlə inkişaf etdiyini məmnunluqla bildirmişdir.

            Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.   


<<  Geri qayıt