Azərbaycan Respublikası Ali Məhkəməsi

Raoul Lowery Contreras Azərbaycan Respublikasının Ali Məhkəməsini ziyarət emişdir.
  •       Oktyabr 3-də Ali Məhkəmənin hakimi Tatyana Qoldman Hill, Fox News Latino və dünyanın digər nəşrlərin müəllifi məşhur amerikalı jurnalist, radio və televiziya şərhçisi, beynəlxalq səviyyədə tanınmış cənab Raul Loueri Contreras ilə görüşmüşdür.

          Görüşdə ölkənin məhkəmə sistemində qadınların rolu, eləcə də Azərbaycanda multikulturalizm və tolerantlıq haqqında müzakirələr aparılmışdır.

          Cənab Contreras Ali Məhkəmənin strukturu, hakimlərin vəzifələri və ümumiyyətlə məhkəmənin funksiyaları, o cümlədən Ali Məhkəmənin fəaliyyəti ilə bağlı bir neçə sual vermişdir.

          Hakim Qoldman bütün sualları cavablandıraraq hakimlərin statusu və müstəgilliyi barədə, eləcə də 65 hakim qadınların Azərbaycanın məhkəmə sisteminin inkişafında ki rolu barədə danışmışdır. O, daha sonra ölkəmizdə multikulturalizmin və tolerantlığın bir real nümunəsi kimi, öz ailəsi barədə məlumat vermişdir. O, bu təsdiq üçün bir çox nümunə qeyd etmiş, həmçinin Rus Pravoslav Kilsəsi, Müqəddəs Mironossa kilsəsi, Puşkin, Lermontov, Taras Şevçenko,  David Landau və Lev Landaunun abidələri, Azərbaycanda çox əsrlər boyunca yaşayan Avropa və dağ yəhudiləri əhalisi cəmiyyətinin mövcudluğu – aşkenazi, gürcü yəhudiləri, polyaklar, almanlar, isveçlilər, yunanlar, fransızlar, italiyanlılar, estonlar, litvalılar, latışlar və əhalinin başqa qrupları barədə, həmçinin Leopold və Mstislav Rostropoviç, lüteran kilsəsini tikmiş alman mənşəyi memarlar - N.A. von der Nonne, A.V. Eyxler, Bakı alman-İsveç yevanqeli-lüteran icmasının nümayəndələri F.A.Lemkul, X.V.  Edel, Bakı alman-İsveç yevanqeli-lüteran icmasının nümayəndələri, Nobel (Villa Petrolea) qardaşları müzeyi, yunan filantrop "Pontiac klub" şirkəti, "Evripidika" teatr truppası, hansılar ki, ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasəti  nəticəsində ölkəmizdə geniş dəstəklənirlər və bu gündə prezident İlham Əliyev və birinci xanımı Mehriban Əliyeva tərəfindən davam etdirilməsi barədə danışmışdır..

          Nəticədə, müasir Bakı tolerantlığ və multikulturalizm ənənəsiylə qonaqpərvər şəhər adlanmağa layiqdir.

          Sonda cənab Contreras prezident İlham Əliyevin müdrik rəhbərliyi altında ölkəmizin irəliləyişi və daimi inkişafını arzu etmiş, bütövlükdə azərbaycan xalqına isti və dost qonaqpərvərliyə görə öz minnətdarlığını bildirmişdir.

          Hakim Qoldman cənab Contrerasa nəin ki, Ali  Məhkəməni vaxt ayırıb ziyarət etməsi və məhkəmə sistemi və qadınların həmin sistemdə rolu, o cümlədən  tolerantlıq və multikulturalizm baxımından bütövlükdə Azərbaycanın inkişafına maraq göstərdiyi üçün minnətdarlığını bildirmişdir.


<<  Geri qayıt