Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmədə 20 yanvar şəhidlərinin xatirəsi yad edilmişdir
  •          2016-cı il yanvar ayının 18-də Ali Məhkəmədə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yığıncaq keçirilmişdir.

             Yığıncaqda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir ki, 1990-cı ilin 20 yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.

             1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror həyata keçirmişdir.

             Qeyd edilmişdir ki, bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən dahi şəxsiyyət Heydər Əliyev olmuşdur. Ulu öndər faciənin səhərisi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək faciəni törədən şəxsləri kəskin şəkildə tənqid etmiş, bu hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd hesab etdiyini bildirmişdir. 20 yanvar hadisələrinə hüquqi-siyasi qiymət də Ulu öndərimizin təşəbbüsü və səyi ilə verilmişdir.

             Bu gün  Azərbaycanda dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin 20 yanvar şəhidlərinin ailələrinə və zərərçəkənlərə göstərdiyi diqqət və qayğı ölkə başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilir.

             Çıxış edənlər bildirmişlər ki, 1990-cı ilin qanlı yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazmışlar. Bu gün də Azərbaycan xalqı canlarından keçən övladları ilə fəxr edir.

     


<<  Geri qayıt