Azərbaycan Respublikası Ali Məhkəməsi

“Elektron məhkəmə” informasiya sisteminin tətbiqi
  •       Azərbaycan Respublikası Ali Məhkəməsində  2016-cı ildən “Elektron məhkəmə” informasiya sistemi  tətbiq edilməyə başlanmış və bu sistemin tətbiqi göstərilən elektron xidmətlərin keyfiyyəti artmasına,informasiya təminatı yaxşılaşmasına, Ali Məhkəmənin ümumi iş fəaliyyətində operativliyin təmin olunmasına gətirib çıxarmışdır. “Elektron məhkəmə” informasiya sistemi aşağıda göstərilən işlərin yerinə yetirilməsini təmin edir:

    • Daxil olan kassasiya şikayətlərinin, ərizə, şikayət və digər sənədlərin elektron qeydiyyatının aparılması;
    • Kassasiya şikayətlərinin hakimlər arasında iş və icraat növü, habelə kateqoriyalar üzrə avtomatlaşdırılmış qaydada bölgüsünün hakimlərin iş yükünə mütənasib aparılması;
    • Kassasiya şikayətlərinin və digər sənədlərin elektron dövriyyəsinin təmin olunması;
    • İş üzrə iclas  təyin olunan andan bu barədə məlumat müvafiq elektron cədvələ avtomatlaşdırılmış qaydada əlavə  edilməsi;
    • Məhkəmə bildirişlərinin və digər məhkəmə sənədlərinin yaradılması; 
    • Məhkəmə prosesində iştirak edən şəxslərin sistem vasitəsi ilə SMS(elektron poçt) məlumatlandırması;
    • Məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması;
    • Məhkəmə protokolunun hazırlanması, məhkəmənin qəbul etdiyi akta uyğun olaraq müvafiq nəticənın sistemdə seçilməsi, qərarların sistemdə hazırlanması və Ali Məhkəmənin Elektron Arxivinə inteqrasiya edilməsi;
    • İş üzrə aparılmış prosessual hərəkətlər barədə məlumatların avtomatik olaraq “Elektron məhkəmə” portalında göstərilməsi; 
    • Sistemdə proses iştirakçılarının «şəxsi kabinet» vasitəsi ilə iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanları;
    • «Elektron hökumət» portalı vasitəsi ilə məhkəmə fəaliyyəti ilə bağlı bütün dövlət rüsumlarının elektron qaydada ödənilməsi;
    • Məhkəmə üzrə bütün  statistik hesabatların avtomatlaşdırılmış qaydada hazırlanması;
    • «Elektron məhkəmə» informasiya sistemində toplanan məlumatlarının sistemləşdirilmiş və təhlükəsiz qaydada saxlanılması;
    • İddia ərizələri, ərizələr, şikayətlər və onlarla bağlı digər sənədlər paralel olaraq elektron kabinet vasitəsi verilə bilmə imkanının olması, bu sənədlərin elektron qaydada qəbulu və işlənməsi; 
    • Məhkəmə sədrləri, hakimlər və onların işçiləri üçün işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksionallıq.( Bu istiqamətdə təkmilləşdirmə işləri davam etdirilir).

           İqtisadi mübahisələr üzrə iddia ərizələri, ərizələr, şikayətlər və onlarla bağlı digər sənədlərin elektron formada təqdim olunması üçün təşkilatlar və vətəndaşlar  “Elektron məhkəmə” portalında qeydiyyatdan keçməlidirlər. Portalda yaradılan  “Şəxsi kabinet”   vasitəsi ilə məhkəmə işləri ilə bağlı bütün sənədlərin elektron formada təqdim olunması təmin olunur(https://e-mehkeme.gov.az/e-filing/Public/Cases).

          Vətəndaşlar ərizə, şikayət və müraciətləri birbaşa Ali Məhkəmənin internet səhifəsindən də verə bilərlər(http://supremecourt.gov.az/siteform/onlinerequest).  


<<  Geri qayıt