Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin sədri Strasburqda səfərdə olmuşdur
  •        Ali Məhkəmənin sədri Ramiz Rzayev 2017-ci il yanvar ayının 27-də Fransanın Strasburq şəhərində Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmə ilinin açılmasına həsr olunmuş təntənəli tədbirdə və “Məcburi repatriasiyadan imtina beynəlxalq hüququn prinsipi kimi və onun tətbiqində ədalət mühakiməsinin rolu” mövzusunda keçirilən iclasda iştirak etmişdir.Tədbir zamanı məruzələr ətrafında geniş müzakirələr və diskussiyalar aparılmış, verilən suallar cavablandırılmışdır.

           İclasda Avropa Məhkəməsinin sədri Guido Raimondi il ərzində baxılan və baxışda olan işlərin dinamikasından, Məhkəmədə aparılan islahatların nəticələri barədə və 2016-cı ildə baxılan işlərdən ən mühüm olanları qeyd etmişdir. Bildirmişdir ki, son iki illə müqaisədə 2016-cı ildə Avropa Məhkəməsinə daxil olan işlərin sayında artım müşahidə edilmişdir. 

           Beynəlxalq Cinayət Məhkəməsinin sədri Silvia Alexandra Fernandes da Qurmendi çıxış edərək, Avropa İnsan Haqları Məhkəməsinin insan hüquqlarının müdafiəsində xüsusi rolundan və iki məhkəmə arasında əməkdaşlıqdan, eyni zamanda son illər qeyri dövlət subyektləri tərəfindən kütləvi cinayətlərin törədilməsinin artması haqqında məlumat verdi. 

           İclasın sonunda Yüksək Məhkəmələrin şəbəkəsi barədə məlumatlar təqdim edilmişdir.

           Ali Məhkəmənin sədri həmkarları ilə görüşlər zamanı bir sıra məsələrə dair fikir mübadiləsi aparmışdır.


<<  Geri qayıt