Azərbaycan Respublikası Ali Məhkəməsi

Avropa Şurası Parlament Assambleyasının Hüquqi İşlər və İnsan Hüquqları Komitəsinin Azərbaycan üzrə məruzəçisi Alan Desteks Ali Məhkəmənin sədri ilə görüşmüşdür
  •           2017-ci il fevralın 9-da ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Hüquqi  İşlər və İnsan Hüquqları Komitəsinin Azərbaycan üzrə məruzəçisi Alan Desteks  Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

              Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonağa ətraflı məlumat vermişdir. Ali Məhkəmənin sədri İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə işgüzar əlaqələrdən, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müddəalarının tətbiqindən, Avropa Birliyinin üzvü olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyindən danışmışdır.

              Ali Məhkəmənin sədri Avropa Şurası Parlament Assambleyasının Hüquqi  İşlər və İnsan Hüquqları Komitəsinin Azərbaycan üzrə məruzəçisi Alan Desteksi maraqlandıran suallara cavab vermişdir. 


<<  Geri qayıt