Azərbaycan Respublikası Ali Məhkəməsi

Dünya bankının nümayəndələri Ali Məhkəmədə olmuşlar
  •          2017-ci il fevralın 10-da ölkəmizdə səfərdə olan Dünya bankının Azərbaycan üzrə Ölkə Meneceri Naveed Naqvinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

            Ali Məhkəmənin sədri bildirmişdir ki,  Azərbaycan Respublikası Prezidentinin “Elektron məhkəmə informasiya sistemi”nin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncamının icrası və  elektron məhkəməyə keçidin təmin olunması məqsədilə  Ali Məhkəmədə yeni elektron sənəd dövriyyəsinin, kassasiya müraciətlərinin və işlərin elektron qaydada bölüşdürülməsi  sistemi yenilənmişdir. 

           Ali Məhkəmənin sədri daha sonra qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 sentyabr 2016-cı ildə imzaladığı “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na   əsasən 2017-ci il yanvarın 1-dən Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası öz fəaliyyətini elektron qaydalar əsasında həyata keçirir. Əlbəttə, bütün bu işlər Dünya Bankı ilə səmərəli iş birliyi sayəsində həyata keçirilir.

           Nümayəndə heyətinin başçısı Naveed Naqvi  Azərbaycanda məhkəmə strukturunun müasirləşdirilməsi ilə bağlı  görülən işlərdən, bu işlərin görülməsinə müəyyən töhfə verdiklərindən məmnun oldularını və Məhkəmə İnfrastrukturu  Layihəsini bir daha dəstəkləmək və aralıq qiymətləndirilməsini aparmaq  məqsədilə Azərbaycana gəldiklərini söyləmişdir.

           Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır. 


<<  Geri qayıt