Azərbaycan Respublikası Ali Məhkəməsi


Gürcüstan Respublikasının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş

Bölmə: Xəbərlər 11.02.2017 12:35
  •        2017-ci il fevralın 11-də ölkəmizdə səfərdə olan Gürcüstan Respublikasının Ədliyyə naziri Tea Tsulukianinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

           Görüşdə Ali Məhkəmənin sədri Azərbaycan və Gürcüstan  ədliyyə və məhkəmə orqanları arasında çox işgüzar əlaqələrin yarandığını, bu əlaqələrin ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini bildirmişdir.

             Gürcüstanın Ədliyyə naziri Tea Tsulukiani iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Bildirmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

             Gürcüstanlı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə baxmışlar.

Baxılıb: 57
Paylaş