Azərbaycan Respublikası Ali Məhkəməsi

Tanınmış beynəlxalq ekspert Silviya Spurekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş
  •           2017-ci il fevralın 15-də “Azərbaycanda Gender əsaslı zorakılıqla  mübarizə” adlı Layihə çərçivəsində ölkəmizdə səfərdə olan tanınmış beynəlxalq ekspert Silviya Spurekin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin Mülki kollegiyanın sədri Şəlalə Məmmədova və Cinayət kollegiyasının sədri Şahin Yusifovla görüşmüşdür.

              Görüşdə məişət zorakılığının qarşısının alınması, qurbanların müdafiəsi və effektiv cavab mexanizminin yaradılması üçün qanunvericilik və onun icra mexanizminin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılmışdır.

               Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılmışdır.


<<  Geri qayıt