Azərbaycan Respublikası Ali Məhkəməsi

İran İslam Respublikasının ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş
  •        2017-ci il fevralın 16-da ölkəmizdə səfərdə olan İran İslam  Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

           Görüşdə Ali Məhkəmənin sədri məhkəmə hüquq sahəsində həyata keçirilən tədbirlər, ölkəmizin məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat vermiş, Azərbaycan və İran ədliyyə orqanları arasında çox işgüzar əlaqələrin yarandığını, bu əlaqələrin ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini vurğulamışdır.

             İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədi iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. Bildirmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

             Qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə baxmışlar.


<<  Geri qayıt