Azərbaycan Respublikası Ali Məhkəməsi


Latviya Ədliyyə Nazirliyinin Dövlət katibi ilə görüş

Bölmə: Xəbərlər 25.04.2017 12:35
  •       2017-ci il aprelin 25-də ölkəmizdə səfərdə olan Latviya Ədliyyə Nazirliyinin Dövlət katibi Raivis Kronbergsin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyanın sədri Hikmət Mirzəyev və Cinayət Kollegiyasının sədri Şahin Yusifovla görüşmüşdür.

          Görüşdə Ali Məhkəmədə aparılan məhkəmə-hüquq tədbirlərindən söhbət getmiş, qanunun aliliyini təmin etmək məqsədilə məhkəmələrin qarşısında duran vəzifələrdən, əməkdaşlığın inkişaf perspektivlərindən danışmışlar.

          Görüş iştirakçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışlar.

          Latviyalı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə baxmışlar.

Baxılıb: 42
Paylaş