Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Plenumu 07.07.2017
  •       7 iyul 2017-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.

    Plenumda Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 95- ci maddəsinə əsasən Ali Məhkəmənin yeni təyin olunmuş hakimi Kazımov Tahir Lələkişi oğlu and içmişdir.  

    Plenumda Ali Məhkəmə məhkəmə kollegiyalarının tərkibinin  yenidən təşkil olunması məsələsinə baxılmış, Ali Məhkəmənin 2017-ci ilin II yarısına dair iş planı təsdiq edilmişdir.

    Plenumda həmçinin konkret mülki və cinayət işlərinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir.


<<  Geri qayıt