Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin HUDOC-la yeni əməkdaşlığı
  • Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli, 1938 nömrəli Sərancamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə təsdiq edilmiş Milli Fəaliyyət Proqramı çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Azərbaycan dilinə tərcümə edilməsi və müvafiq qurumlar arasında yayılması Azərbaycan Respublikasının Ali Məhkəməsinə həvalə olunmuşdur və bu istiqamətdə bir sıra işlər aparılmışdır. Ali Məhkəmə Aparatının “İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr şöbəsi” tərəfindən Avropa Məhkəməsinin təcrübəsinin öyrənilməsi və presedent hüququnun məhkəmə təcrübəsində tətbiqi vərdişlərinə yiyələnmək məqsədilə Ali Məhkəmə hakimlərinin məruzəsi ilə həftəlik seminar-məşğələlər təşkil edilir. Seminar-məşğələlərdə Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərarlar məruzə edildiyindən bu qərarların tam mətni, eləcə də xülasələri şöbənin əməkdaşları tərəfindən ingilis dilindən Azərbaycan dilinə tərcümə edilərək hakimlərə təqdim edilir. Məruzə edilmiş qərarlar isə Ali Məhkəmənin rəsmi internet səhifəsində dərc edilir və ictimaiyyət üçün açıqdır.

    İnsan Hüquqları və İctimaiyyətlərlə Əlaqələr şöbəsinin uğurlu əməkdaşlığı nəticəsində Azərbaycan dilinə tərcümə edilmiş qərarlar Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi internet səhifəsində yerləşdirilməyə başlanmışdır. Bu həm milli məhkəmələrin İnsan Hüquqlarının təmin edilməsi üçün Avropa təcrübəsinin öyrənilməsində olan marağının göstəricisi, həm də milli səviyyədə fəaliyyət göstərən hakimlər, vəkillər və digər hüquqşünaslar üçün  Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının əlçatan olması deməkdir.

    Artıq Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi səhifəsinə daxil olaraq bir çox qərarın Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan dilinə olan tərcümələri ilə tanış olmaq üçün imkan yaradılmışdır.

    Aşağıdakı linkə daxil olaraq HUDOC-da yerləşdirilən bəzi qərarlarla tanış ola bilərsiniz.

    Qərarlar


<<  Geri qayıt