Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Plenumu 29.06.2018
  • 29 iyun 2018-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir. Plenumda konkret işlərə baxılmış, Ali Məhkəmənin 2018-ci ilin II yarısına dair iş planı təsdiq edilmişdir. 

    1. Məmmədov İlqar Eldar oğlunun Azərbaycan Respublikası CM-nin 220.1 və 315.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işinə  İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Cinayət Kollegiyasının 18 noyabr 2016-cı il tarixli və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2016-cı il tarixli qərarlarının ləğv edilməsi, cinayət işinin Şəki Apellyasiya Məhkəməsinə yeni baxışa göndərilməsi qərara alınmışdır.

    2. İddiaçı Əzizov Cəfər Mehdiqulu oğlunun cavabdehlər Şəki rayon 1 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, miras əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair çıxarışların ləğv edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi,mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışla rəsmiləşdirilməsi tələbinə dair mülki işə üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 aprel 2018-ci il tarixli qərarı əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2017-ci il tarixli qərarı və onunla bağlı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

    3. İddiaçılar Abasəliyev Mübariz İslam oğlu, Abasəliyeva Mehbarə İmambaxış qızı, Abasəliyev Şahin Mübariz  oğlu, Abasəliyeva Püstəxanım Fərz qızı və Mehdiyeva Aynur Mübariz qızının cavabdeh Nəsirova Zülfirə Abbas qızına qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və qeydə alınması tələbinə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya  Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qərarı əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2017-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi,  işin yenidən  baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

    4. İddiaçı Behbudova Arzu Rəhim qızı və Rəsulova Firəngiz İsmayıl qızının cavabdehlər İsmayılzadə Cavid Nurəddin oğluna və Səbail Rayon İcra Hakimiyyətinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, orderin etibarsız hesab olunması, qeydiyyat vəsiqəsinin ləğv olunması, mənzildən və pasport qeydiyyatından çıxarılma və mənzilə köçürülmə tələbinə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 6 iyun 2014-cü il tarixli qərarı əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 iyul 2007-ci il tarixli qərarı, Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 08 iyul 1994-cü il tarixli qətnaməsinin, Ali Məhkəmənin Rəyasət Heyyətinin 24 yanvar 1995-ci il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilməsi hissəsində, Səbail rayon Məhkəməsinin 10 fevral 2009-cu il tarixli qətnaməsi,Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2009-cu il tarixli qətnaməsi,Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 aprel 2013-cü il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2013-cü il tarixli qətnaməsi, Ali Məhkəmənin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının ləğv edilməsi, əlavə kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır.

    5. İddiaçı “Sultan-O” MMC-nin cavabdeh “Koneko Group” MMC-yə və üçüncü şəxs “Bank Standard” KB QSC-yə qarşı hesabatın etibarsız hesab edilməsi və əmlakın qiymətləndirilərək bazar dəyərinin müəyyən olunması tələbinə dair mülki işə üçüncü şəxs ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş əlavə kassasiya şikayəti əsasında baxılmış, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2016-cı il tarixli qərarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

    6. İddiaçılar Məcidova Səadət İmran qızı və Məcidov Aqşin Məcid oğlunun cavabdehlər Rüstəmov Hümbət İxtiyar oğlu,Feyzullayeva Mehriban Sabir qızı, Bayramov Dilqəm Məhi oğlu, Əhmədova Gülsüm Mürsəl qızı və Heydərov Müşfiq Nizami oğluna qarşı mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evə köçürülmə tələbinə dair işə Məcidova Səadət İmran qızı tərəfindən verilmiş əlavə kassasiya şikayəti əsasında baxılmış, əlavə kassasiya şikayətinin qismən təmin edilməsi, mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 mart 2018-ci il tarixli 2(102)-1451/2018 saylı qərarı qismən, iddiaçılar Məcidova Səadət İmran qızı və Məcidov Aqşin Məcid oğlunun Abşeron rayonu, Xırdalan şəhəri,M.İbrahimov küçəsi, döngə 1,12 saylı evə köçürülməsinin rədd edilməsinin dəyişdirilmədən saxlanılması və bununla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01.11.2017-ci il tarixli, 2(105)-3154/2017 saylı qətnaməsi Abşeron rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli qətnaməsinin Məcidova Səadət İmran qızı və Məcidov Aqşin Məcid oğlunun Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsi, döngə 1, 12 saylı evə köçürülməsinin ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, işin  həmin hissədə yenidən apellyasiya  qaydasında  baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alnmışdır.

    7. İddiaçı “Ekspressbank” ASC-nin cavabdehlər Quliyev Yusif Ağalar oğlu,Əliyeva Nuriyə Hacıbaba qızı və Quliyev Səadət Yusif qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilkin, cavabdeh Quliyev Yusif Ağalar oğlunun iddiaçı “Ekspress”ASC-yə  qarşı pulun ödənilməsi,kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddiasına dair  mülki işə Quliyev Yusif Ağalar oğlunun yeni açılmış hallar üzrə işə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, ərizənin təmin edilməsi, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2011-ci il tarixli qərarı, onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2011-ci il tarixli qətnaməsi və qərardadı, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 dekabr 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.


<<  Geri qayıt