Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında

    Azərbaycan Respublikasının Qanunu

     

    Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

    Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, I kitab, maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2, I kitab, maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12, maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851; Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1295-VQD və 1297-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

    1. 197-ci maddənin birinci cümləsində "şərtləşərsə,” sözündən sonra "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa,” sözləri əlavə edilsin.

    2. 205.1-ci maddədə "məhkəmə” sözündən əvvəl "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa və ya” sözləri əlavə edilsin.

    3. 274-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

    "274.1. İpoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir.

    274.2. "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, girov qoyulmuş əşyanın mülkiyyətçisinin dəyişməsi girov hüququnu dəyişdirmir.”.

    4. 278-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

    "Girov saxlayanın girov predmeti olan əşyaya girov hüququ, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun ləvazimatına, habelə "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan digər əmlaka da şamil edilir.”.

    5. 280.2-ci maddədə "ölçüsü” sözündən sonra "(yuxarı həddi)” sözləri əlavə edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

    "Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər.”.

    6. 282.3-cü maddədə "Sonrakı” sözü "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallar nəzərə alınmaqla, sonrakı” sözləri ilə əvəz edilsin.

    7. 289.1-ci maddənin birinci cümləsində "Girov” sözü "Bu Məcəllənin 274.2-ci maddəsi nəzərə alınmaqla, girov” sözləri ilə əvəz edilsin.

    8. 294.1.4-cü maddədə "girov” sözündən əvvəl "tutma yönəldilməsi ilə bağlı” sözləri əlavə edilsin və həmin maddədən "açıq hərracdan” sözləri çıxarılsın.

    9. 296-cı maddə üzrə:

    9.1. 296.1-ci maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

    "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.”;

    9.2. 296.2-ci maddədə "məhkəmənin qərarı ilə yalnız aşağıdakı hallarda” sözləri "aşağıdakı hallarda yalnız məhkəmənin qərarı ilə” sözləri ilə əvəz edilsin.

    10. 297-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

    "Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.”.

    11. 298-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

    "298.1. Girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür:

    298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə;

    298.1.2. "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə;

    298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə;

    298.1.4. "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə.

    298.2. Bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır.

    298.3. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur.”.

    12. 299.1-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

    "Tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər.”.

    13. 306-cı maddə üzrə:

    13.1. 306.1-ci maddənin birinci cümləsindən ", bu şərtlə ki, onların ümumi dəyəri girov müqaviləsində göstərilən dəyərindən aşağı düşməsin” sözləri çıxarılsın və həmin maddənin ikinci cümləsi ləğv edilsin;

    13.2. 306.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

    "306.3. Dövriyyədəki mallar girov qoyulduqda, tərəflər onların ümumi dəyərinin girov müqaviləsində göstərilən dəyərdən aşağı düşməməsini şərtləndirə bilərlər. Bu zaman:

    306.3.1. əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyulmuş dövriyyədəki malların dəyərinin azalmasına girovla təmin edilmiş öhdəliyin icra edilmiş hissəsinə mütənasib surətdə yol verilir.

    306.3.2. girov qoyan girov qoyulmuş malların qeydiyyatı kitabını tərtib etməyə borcludur. Həmin kitaba malların girov qoyulması şərtləri haqqında və girov qoyulmuş malların tərkibinin və ya natural formasının dəyişməsinə səbəb olan bütün əməliyyatlar, o cümlədən onların emalı haqqında sonuncu əməliyyat günü üçün qeydlər daxil edilir.”.

    14. 391-ci maddədə "hallar” sözündən sonra ", habelə "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar” sözləri əlavə edilsin.

    15. 395-ci maddənin mətninə "bu öhdəlik” sözlərindən sonra "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda və ya” sözləri əlavə edilsin.

    16. 606.1-ci maddədə "və əşyanı geri götürmək” sözləri "və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək” sözləri ilə əvəz edilsin.

    17. 968-ci maddənin mətninə "dayandırıldığı” sözündən sonra ", habelə "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş” sözləri əlavə edilsin.

     

    İlham ƏLİYEV,

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 28 dekabr 2018-ci il


<<  Geri qayıt