Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn vəzifələrin icrasının təşkili ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsində 4 aprel 2019-cu il tarixdə Ramiz Rzayevin sədriliyi ilə geniş müşavirə keçirilmişdir.
  •      Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn vəzifələrin icrasının təşkili ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsində 4 aprel 2019-cu il tarixdə Ramiz Rzayevin sədriliyi ilə geniş müşavirə keçirilmişdir.

         Müzakirələrdə ölkə başçısının rəhbərliyi ilə aparılan islahatlar çərçivəsində məhkəmə sisteminin inkişafı üzrə bir çox mühüm tədbirlərin həyata keçirildiyi, o cümlədən qanunvericiliyin təkmilləşdirildiyi, xüsusi dövlət proqramlarının qəbul edildiyi, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdığı, məhkəmə və ədliyyə infrastrukturunun müasirləşdirildiyi, məhkəmə-hüquq sistemində kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı işlərin yerinə yetirildiyi qeyd edildi.

         Dövlət başçısı yeni fərmanla bu sahədə islahatların dərinləşdirilməsi, məhkəmələrə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılmasının yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli davam etdirilməsi, məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyən etmişdir.

         Fərmanın icrası ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri tərəfindən 4 aprel 2019-cu il tarixli müvafiq əmr imzalanmış və xüsusi komissiya yaradılmışdır.

         Kommissiya tərəfindən fərmandan irəli gələn məslələrin icrası ilə bağlı tədbirlər planı işlənib hazırlanmış və təxirə salınmadan həyata keçirilməsinə başlanmışdır.


<<  Geri qayıt