Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin sədri Sumqayıtda vətəndaşları qəbul etmişdir
  •            Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin  insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq 18 aprel 2019-cu ildə  Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Sumqayıt şəhərində vətəndaşların qəbulunu keçirmişdir.

               Qəbuldan əvvəl Ali Məhkəmənin sədri və Sumqayıt Şəhər İcra Hakimiyyətinin  başçısı Zakir Fərəcov Heydər Əliyevin Sumqayıt şəhərində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoymuş, ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildirmişlər. Ali Məhkəmənin sədri Sumqayıtda Heydər Əliyev Mərkəzi ilə tanış olmuşdur.

            Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilmişdir. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə Ali Məhkəmənin  qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilmişdir. Vətəndaşlar şəhər sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

            Səfər zamanı Ali Məhkəmənin sədri Sumqayıt  Apellyasiya Məhkəməsinin işi ilə tanış olmuşdur. Sonra Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid məhkəmələrin sədrlərinin və hakimlərinin iştirakı ilə müşavirə keçirilmişdir.

             Müşavirədə Ali Məhkəmənin sədri məhkəmə fəaliyyətinin dövlət başçısının tələbləri səviyyəsində təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tapşırıq və tövsiyələr vermişdir.  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyətini qeyd edən Ali Məhkəmənin sədri  bu mühüm Fərmanın  məhkəmə fəaliyyətinin gələcək inkişafı üçün “yol xəritəsi” olduğunu, bu sahədə islahatların yeni inkişaf mərhələsinə keçdiyini vurğulamış, kompleks qanunvericilik, institusional və praktiki tədbirlər nəzərdə tutan proqram xarakterli Fərmandan irəli gələn vəzifələrin vaxtında, dürüst və dönmədən icrasının təmin olunmasını diqqətə çatdırmışdır.

  • 18.04.2019

<<  Geri qayıt