Azərbaycan Respublikası Ali Məhkəməsi

1 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsində könüllülük proqramının ilk mərhələsi uğurla başa çatmışdır
  • 1 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsində könüllülük proqramının ilk mərhələsi uğurla başa çatmışdır. Fəaliyyətini bitirmiş könüllülər sertifikatlarla təltif edilmişlər.

    Tədbiri giriş sözü ilə açan İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva könüllülərə Ali Məhkəmədə qazandıqları təcrübənin həm təhsil, həm də gələcək peşə fəaliyyətlərində müsbət rol oynayacağına inandığını bildirmiş və könüllülük fəaliyyəti üçün Ali Məhkəməni seçdiklərinə görə onlara təşəkkür etmişdir. K.Əliyeva bildirmişdir ki, könüllülük fəaliyyəti çərçivəsində təcrübə keçən tələbələr arasından xüsusilə fərqlənənlər olmuşdur.

    Daha sonra Ali Məhkəmə Aparatının rəhbəri Əlirza Kərimov fərqlənmə sertifikatı alan tələbələrə sertifikatları təqdim edərək könüllülük proqramını müvəffəqiyyətlə bitirmələri ilə əlaqədar təbrik etmişdir və uğurlar arzulamışdır.

    Tədbirin davamında bir neçə tələbə çıxış etmək üçün söz alaraq Ali Məhkəmədə keçdikləri 3 aylıq təcrübənin həyatlarının əvəzolunmaz və unudulmaz xatirəsinə çevriləcəyini bildirmişlər.

    Sonda tədbir iştirakçıları Ali Məhkəmənin kollektivi ilə birgə xatirə fotoşəkilləri çəkdirmişlər.

    Fotoqalereya


<<  Geri qayıt