Azərbaycan Respublikası Ali Məhkəməsi

Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə Nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olmuşdur
  •          2019-cu il iyulun 16-da ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Valid bin Məhəmməd Əl-Səmaaninin  başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

             Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın Məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonağa məlumat vermişdir.

             Ali Məhkəmənin sədri son illər respublikamızda məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədi ilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışmışdır.

             Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı ilə içgüzar əlaqələrinin yaranmasından razılıq ifadə edən Ali Məhkəmənin sədri əmin olduğunu bildirmişdir ki, iki ölkənin Ədliyyə nazirlikləri  arasında imzalanan  Müvafiq Müqavilələr ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edir.

             Səudiyyə Ərəbistanı Krallığının məhkəmə sistemi haqqında ətraflı danışan Ədliyyə naziri Valid bin Məhəmməd Əl-Səmaani iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

             Görüçdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

             Səudiyyə Ərəbistanı Krallığının qonaqları Ali Məhkəmənin inzibati binası ilə tanış olmuşlar. Məhkəmə tarixi muzeyinə baxan  Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri  Xatirə kitabına ürək sözlərini yazmışdır.

             Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinə və nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirmiş, işlərində uğurlar arzulamışdır.

              

  • 16.07.2019

<<  Geri qayıt