Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Plenumu 24.06.2013
  •         24 iyun 2013-cü ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.

            Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yeni münasibətlər meydana gəlmiş, ölkədə bank-kredit fəaliyyəti sahəsində işlərin sayı xeyli miqdarda çoxalmış, həmin münasibətləri nizama salan ipoteka haqqında qanunvericiliyin tətbiqi dairəsi genişlənmiş, yaranmış mübahisələrin həllində məhkəmələrin rolu artmışdır.

         Plenumda “İpoteka haqqında qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinə dair” məsələ geniş müzakirə olunmuş, təhlillər aparılmışdır.

         Müəyyən edilmişdir ki, məhkəmələr ipoteka haqqında qanunvericiliyi əsasən düzgün tətbiq edirlər. Lakin, bəzi hallarda məhkəmələr tərəfindən ipotekanın yaranma əsaslarının müəyyən edilməsində, onun dövlət qeydiyyatının aparılmasında, ipoteka ilə təmin edilmiş öhdəliklərin ipoteka hesabına ödənilməsində, həmçinin bu sahədə yaranan digər mübahisələrin həlli zamanı qanunların tətbiqində səhvlərə yol verilir.

         Plenumda İpoteka haqqında qanunvericiliyin tətbiqində yol verilən səhvləri aradan qaldırmaq, qanunun eyni qaydada tətbiqini təmin etmək, bu sahədə vahid məhkəmə təcrübəsi yaratmaq məqsədilə müvafiq qərar qəbul edilmişdir.

          Plenumda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi sədrinin və Bakı Hərbi Məhkəməsi sədrinin 2012-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilmişdir. Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirə keçirilmişdir.

              Məruzə edən məhkəmələrin sədrləri 2012-ci ildə həmin məhkəmələrin fəaliyyətində irəliləyiş olduğunu qeyd etmişlər. İstər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində, istərsə də Bakı Hərbi Məhkəməsində 2012-ci ildə baxılmış işlər 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə artmışdır. Həmin məhkəmələr öz fəaliyyətlərində qanunvericilik normalarına əsasən əməl etsələr də, bəzi qanun pozuntularına da yol vermişlər.

            Plenumda konkret müki işlərə də baxılmışdır.

            Plenum müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir. 

    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

    24 iyun 2013-cü il tarixli iclasında baxılmış 

     mülki iş üzrə

    M Ə L U M A T

     
    İddiaçı Hacıyeva Sevinc Oktay qızının cavabdehlər Ələkbərov Elçin Bəşir oğluna, Əzizbəyov rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı özbaşına tikilinin sökülməsi, mülkiyyət hüququnun bərpası və ondan istifadənin təmin edilməsi tələbinə dairilkin iddia, Ələkbərov Elçin Bəşir oğlunun Hacıyeva Sevinc Oktay qızına qarşı kompensasiya ödənilməklə mübahisəli evə olan hüquqa xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işəƏləkbərov Elçin Bəşir oğlunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsiəsasında baxılmış, ərizə təmin edilərək iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın21oktyabr 2010-cu il tarixli qərarı, onunla əlaqədar BakıApellyasiya Məhkəməsinin MK-nın09 iyun 2010-cu il tarixli və Bakı şəhəri, Əzizbəyov (hazırki Xəzər) rayon məhkəməsinin 04 may 2009-cu il tarixli qətnamələrininləğvedilməsi, işin yenidən baxılması üçün Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır.

<<  Geri qayıt