Azərbaycan Respublikası Ali Məhkəməsi

Vətəndaşların nəzərinə
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 30-da Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Xaçmazda, İnzibati-İqtisadi kollegiyanın sədri Hikmət Mirzəyev Qusarda, Cinayət kollegiyasının sədri Şahin Yusifov Qubada vətəndaşları qəbul edəcəklər.

     

    Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

     

    Vətəndaşların qəbulu Xaçmaz Rayon Məhkəməsində (ünvan: Xaçmaz şəhəri, Nəsimi küç., 8),  Qusar Rayon Məhkəməsində (ünvan: Qusar şəhəri, Füzuli küç., 5),  Quba Rayon Məhkəməsində (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti) saat 11:00 başlanacaq.

     

    Vətəndaşlar qəbula Ali Məhkəmədə, Xaçmaz Rayon Məhkəməsində, Qusar Rayon Məhkəməsində, Quba Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420 əlaqə nömrələri və contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

     

    Ali Məhkəmənin Mətbuat Xidməti

  • 27.08.2019

<<  Geri qayıt