Azərbaycan Respublikası Ali Məhkəməsi

CİNAYƏT İŞLƏRİ ÜZRƏ MƏHKƏMƏ TƏCRÜBƏSİNDƏN

CİNAYƏT İŞLƏRİ ÜZRƏ MƏHKƏMƏ TƏCRÜBƏSİNDƏN
 
Məhkuma qarşı daha ağır ittiham irəli sürülməli olduğundan hökm ləğv edilmiş, iş yeni məhkəmə baxışına göndərilmişdir (ixtisarla)
 
Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hökmünə əsasən Ş.Gözəlov Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə təqsirli bilinib, iki il müddətinə azadlıqdan məhrumetməyə məhkum olunmuş, həmin məcəllənin 70-ci maddəsi tətbiq edilərək təyin olunmuş cəza iki il sınaq müddətinə şərti hesab edilmişdir. Birinci instansiya məhkəməsi Ş.Gözəlov haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, o, Novxanı bağlarında S.Yusifzadəyə məxsus olan 513 saylı bağda bağban işlədiyi müddət ərzində qanunsuz olaraq narkotik xassəli xaşxaş bitkisi əkib, aqrotexniki qaydada qulluq etməklə yetişdirmişdir. 30 may 2002-ci il tarixdə Bakı Baş Polis İdarəsi MCMŞ-nin əməkdaşları bağ sahəsində 23.550 ədəd, xalis çəkisi 67 kq olan narkotik xassəli xaşxaş bitkisi aşkar edib götürmüşlər.
 
Hökmdən Azərbaycan Respublikasının Baş prokuroru apellyasiya protesti vermişdir. Apellyasiya protestində göstərilir ki, təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verildiyi üçün hökm ləğv edilməli və cinayət işi birinci instansiya məhkəməsinə yeni məhkəmə baxı.ına göndərilməlidir.
 
Apellyasiya Məhkəməsi hesab etmişdir ki, hökm ləğv olunmaqla cinayət işi birinci instansiya məhkəməsinə yeni baxışa göndərilməlidir.
 
Belə ki, Apellyasiya protestində göstərildiyi kimi, işin faktiki hallarına əsasən, Gözəlov tərəfindən becərilib, yetişdirilmiş narkotik xassəli xaşxaş bitkilərinin sayı 23.550 ədəd olmaqla külli miqdar təşkil edir. Buna görə də təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsifetmiş, dövlət ittihamçısı məhkəmə baxışında bu ittihamı müdafiə etmiş, təqsirləndirilən şəxsə qarşı daha ağır ittiham irəli sürülməsi barədə Azərbaycan Respublikası CRMnin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada vəsatət qaldırmamışdır.
 
Baş prokuror cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin əsaslara görə iş üzrə çıxarılmış hökmün ləğv edilməsi və işin yeni məhkəmə baxışına qaytarılması barədə protest vermişdir. Apellyasiya Məhkəməsində dövlət ittihamçısı Ş.Gözəlova qarşı daha ağır ittiham irəli sürülməsinə tərəfdar çıxmış və protestin təmin edilməsini xahiş etmişdir.
 
Protest AR CRM-nin 391.8-ci və 391.9-cu maddələrinin tələblərinə uyğun olduğundan Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmişdir. Hökm ləğv olunmaqla iş yeni məhkəmə baxışına göndərilmişdir.
 
*           *          *
 
NƏQLİYYAT VASİTƏSİNİ ONU İDARƏ ETMƏK HÜQUQU OLMAYAN ŞƏXSƏ VERİLMƏSİ CİNAYƏT MƏSULİYYYƏTİNƏ SƏBƏB OLMUR
(çıxarış)
 
Dəvəçi rayon məhkəməsinin hökmü ilə R.Abbasov Azərbaycan Respublikası CM-nin 267.3-cü maddəsi ilə təqsirli bilinib üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, haqqında Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək cəzası 3 il sınaq müddətində şərti hesab edilmişdir.
 
r.Abbasov ona görə məhkum edilmişdir ki, o, 2 iyun2001-ci il tarixdə saat 21.00 radələrində Sumqayıt şəhərindən özünəməxsus idarə etdiyi “VAZ-2107” markalı avtomaşında tanışı V.Nurullayevlə birlikdə Quba şəhərinə qayıdarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini kobud surətdə pozaraq avtomaşını Siyəzən rayonu ərazisindən Quba şəhərinə qədər idarə etməyi minik avtomobillərini idarə etmək hüququ olmayan V.Nurullayevə həvalə etmişdir. Saat 22.00 radələrində V.O.Nurullayev Bakı-Rostov avtomobil yolunun Dəvəçi rayonu ərazisindən keçən 137-ci kilometri ilə Quba şəhəri istiqamətində hərəkət edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq əks istiqamətdə gələn T.Məhərrəmovun idarə etdiyi “Mersedes-300 E” markalı avtomaşının hərəkət zolağına çıxaraq toqquşmuş, nəticədə T.Məhərrəmovun idarə etdiyi avtomaşında olan sərnişin V.İsmayılov və “Vaz-2107” markalı avtomaşını idarə edən V.Nurullayev ölmüş, “Mersedes 300 E” markalı avtomaşında olan sərnişin Z.Mirzəyev isə sağlamlığa yüngül zərər vuranbədən xəsarəti almışdır.
 
Toqquşma nəticəsində “VAZ-2107” markalı avtomaşında sərnişin kimi olan olan və təqsirləndirilən R.Abbasov da çoxlu sayda bədən xəsarəti almışdır.
 
İşə məhkum R.Abbasov və zərərçəkmiş T.Məhərrəmovun apellyasiya şikayətinə əsasən baxan AR Apellyasiya Məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktik hallarına uyğun deyildir və məhkəmə cinayət qanunu normasını düzgün şərh etmişdir. Belə ki, əvvəla, Azərbaycan Respublikası CM-nin 267.3-cü maddəsinin dispozisiyasının tələbinə görəbu cinayətin subyekti kimi sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları nəzərdə tutulur.
 
Məhkəməyədək icraat materialları və hökmdən görünür ki, istintaq və məhkəmə R.R.Abbasovun məhz sərnişin kimi nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozmasını qəbul etmişdir.
 
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 35-ci hissəsində sərnişin anlayışı verilmiş, qanunun 41-ci maddəsində isə sərnişin vəzifələri müəyyən edilmişdir. Bu normalara görə sərnişin nəqliyyat vasitəsində hərəkətdə olan, lakin onun idarə edilməsinə aidiyyəti olmayan şəxs olmaqla hərəkət vaxtı sürücünün diqqətini nəqliyyat idarə etməkdən yayındırmamalıdır.
 
Bu hallar nə iş materiallarında, nə də hökmdə müəyyən edilməmişdir. Yəni, R.R.Abbasov sərnişin kimi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində göstərilən vəzifəsini icra etmiş, konkret olaraq hərəkət vaxtı sürücünün diqqətini nəqliyyat idarə etməkdən yayındırmamışdır.
 
Adı çəkilən Qanunun 33-cü maddəsində yol hərəkətinin digər iştirakçılarının adları sadalasa da, sürücü də bu sıralara daxil edilmişdir.
 
Lakin R.R.Abbasovun təqsirli bilinib cəzaladırıldığı CM-nin 267.3-cü maddəsinin özü CM-nin 263 və 264-cü maddələrində nəzərdə tutulmuş şəxslərin, yəni sürücülərin u maddə ilə məsuliyyətini istisna edir.
 
Birinci instansiya məhkəməsi “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə istinad edərək qanunun bu tələbini pozmuşdur. Çünki adı çəkilən Qanunun 37-ci maddəsi maddəsi mexaniki nəqliyyat vasitəsi sürücünün vəzifələrinə həsr olunmuşdur. Sürücülərin isə R.Abbasova verilən CM-nin 267-ci maddəsi ilə cinayət məsuliyyəti daşımasını qanunverici özü istisna edir.
 
Digər tərəfdən həm istintaq, həm də məhkəmə belə nəticəyə gəlmişlər ki, R.R.Abbasov özünəməxsus maşını sürücülük hüququ olmayan V.Nurullayevə verməklə qanunun tələbini pozmuş, sonuncu isə yuxarıda göstərilən hadisəni törətmişdir. Hadisə nəticəsində V.Nurullayev öldüyü üçün istintaq orqanı onun haqqında cinayət işinə xitam vermişdir.
 
Avtonəqliyyatı idarə etmək hüququ olmayan şəxsə avtonəqliyyatı sürmək üçün verməyə görə qanunda məsuliyyət nəzərdə tutulmamasına baxmayaraq, birinci instansiya məhkəməsi qanunu düzgün şərh etməmiş, əsassız olaraq R.Abbasova CM-nin 267.3-cü maddəsi ilə məhkum etmişdir.
 
Şərh olunan halları nəzərə alan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə çıxardığı hökmü əsassız və qanunsuz olduğu üçün ləğv etməklə, R.Abbasovun əməlində Azərbaycan Respublikası CM-nin 267.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti tərkibi olmadığı üçün CRM-nin 42.1.2-ci maddəsinə əsasən ona bəraət vermişdir.
 
*            *           *
 
İŞİN DÜZGÜN HƏLLİ ÜÇÜN MÜHÜM ƏHƏMİYYƏT KƏSB EDƏN SÜBUTLAR TƏDQİQ EDİLMƏKLƏ QİYMƏTLƏNDİRİLMƏDİYİNDƏN APELLYASİYA MƏHKƏMƏSİNİN QƏRARI LƏĞV EDİLMİŞDİR
 
Nəsimi rayon məhkəməsinin hökmü ilə İ.Ələkbərov Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
 
1.Ələkbərov ona görə məhkum edilmişdir ki, satış məqsədi olmadan, qanunsuz olaraq, naməlum mənbədən narkotik vasitə olan o.64 qram tiryək əldə edib özündə saxlamışdır. 12.III.2001-ci ildə saat 16.00 radələrində Bakı şəhəri, 20 Yanvar küçəsində yerləşən notariat kontoru yaxınlığında şübhəli şəxs kimi saxlanılaraq Bakı şəhəri Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinə gətirilib üstü axtarılarkən qeyd edilən tiryək 100 manatlıq əskinasa bükülmüş vəziyyətdə gödəkcəsinin sağ cibində aşkar edilmişdir.
 
Apellyasiya Mıhkəməsinin qərarından verdiyi kassasiya şikayətində mıhkum İ.Ələkbərov həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, o, narkoman deyildirvə narkotik vasitə əldə etməmişdir. Narkotik vasitə olan tiryəki onun cibinə pozğun həyat tərzi keçirən keçmiş arvadı İ.Zeynalovanın gəzdiyi polis işçisi E.Əliyev qoymuşdur. Onun əleyhinə ifadə vermiş şahidlərin – E.Əliyev, İ.Zeynalova və N.Məmmədovanın ifadələrini məhkəmə ətraflı araşdırmamış və onlara düzgün hüquqi qiymət verməmişdir.
 
İşdən görünür ki, məhkum İ.Ələkbərov 12.III.2001-ci ildə təxminən saat 16.00 radələrində Bakı şəhəri 20 Yanvar küçəsindəki notariat kontorunun yaxınlığında küçədə mülki paltarda olan Bakı Baş Polis İdarəsinin əməkdaşı E.Əliyev tərəfindən saxlanılmış, yolun qarşı tərəfində dayanmış “Mersedes” və “Jiqulu” markalı avtomaşından düşən və mülki paltarda olan digər 2 nəfər polis işçisinin köməkliyi ilə avtomaşına otuzdurulmuş və Bakı BPİ-nə aparılmışdır. Orada hal şahidlərinin iştirakı ilə İ.Ələkbərovun gödəkçəsinin sağ cibindən 100 manatlıq əskinaza bükülmüş vəziyyətdə narkotik vasitə çıxması barədə protokol yazılmışdır. Sonradan ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, həmin maddə 0,64 qram çəkidə tiryəkdir. İ.Ələkbərov protokolu imzalamaqdan imtina etmişdir.
 
İ.Ələkbərov ibtidai istintaq dövründə və hər iki məhkəmə iclasında verdiyi bütün ifadələrində narkotik vasitə olan tiryək əldə etdiyini inkar edərək göstərmişdir ki, tiryək oun cibinə pozğun həyat tərzi keçirən keçmiş arvadı İ.Zeynalovanın gəzdiyi Bakı BPİ-nin əməkdaşı E.Əliyev qoymuşdur. Belə ki, o, hadisə günü iş yerinə gedərkən saat 15-16 radələrində küçədə sonradan tanıdığı mülki paltarda olan polis işçisi E.Əliyev onu saxlamış, əlini cibinə salmış, nə edəcəyini soruşduqda “sən axtarışdasan” deyib sağ əlini tutaraq yolun qarşı tərəfində dayanmış “Mersedes” və “Jiquli” markalı avtomaşınlardan düşən digər iki nəfər polis işçisinin köməkliyi ilə zorla avtomaşına oturmaqla Baş Polis İdarəsinə aparılmışdır. E.Əliyev mobil telefonla danışa-danışa küçədə onu saxlayarkən səsdən danışanın keçmiş arvadı olduğunu başa düşmüşdür. Avtomaşına oturandan sonra da həmin şəxs ona zəng etdikdə E.Əliyev “arxayın ol, hazırdır” deyə cavab vermişdir. Polis İdarəsinə aparılarkən keçmiş arvadını Dilbər adlı Rəfiqəsi ilə küçədə dayanmış başqa “Jiquli” markalı maşından onlara tərəf baxdığını görmüşdür. E.Əliyev sağ əlindən yapışdığına görə cibinə nə qoyulduğunu yoxlaya bilməmişdi. Baş Polis İdarəsində protokol yazılmışdır ki, guya onun cibindən narkotik vasitə çıxmışdır. Bu, həqiqətə uyğun olmadığından protokolu imzalamamışdır.
 
Məhkum İ.Ələkbərovun ifadələri ibtidai istintaq və məhkəmə iclasları zamanı nəinki təkzib olunmamış, əksinə, xeyli dərəcədə öz təsdiqini tapmışdır. Belə ki, protokolun tərtib edilməsində iştirak edənlərin hamısı təsdiq etmişlər ki, İ.Ələkbərov protokolu imzalamaqdan imtina edərkən bunu narkotik vasitənin ona aidiyyəti olmaması ilə izah etmişdir. Şahid E.Əliyev Apellyasiya Məhkəməsinin iclasındakı ifadəsində avtomaşına oturduqdan sonra ona zəng edildiyini, zəng edənə “hazırdır, aparıram” cavabını verdiyini təsdiq etmiş və izah etmişdir ki, guya bu sözləri təsadüfən demişdir.
 
İ.Ələkbərovun ifadəsinin keçmiş arvadı İ.Zeynalova ilə onu tutan polis işçisi E.Əliyev arasında hadisə vaxtı telefon söhbəti olması barədəki hissəsi də iş materialları ilə, o cümlədən məhkəmə qərarları ilə təkzib edilməmişdi. Eyni zamanda telefon danışıqlarına hüquqi qiymət verilərkən çıxarılan nəticə inandırıcı surətdə əsaslandırılmamışdır.
 
Belə ki, İ.Ələkbərovun həmin məzmundakı ifadələrindən sonra ifadələri alınan həm İ.Zeynalova, həm də E.Əliyev ilkin ifadələrində göstərmişlər ki, onlar tanış deyillər və heç vaxt bir-birinə zəng vurmamışlar. Lakin İ.Zeynalovaya məxsus və E.Əliyevin işlətdiyi mobil telefonlardan bir-birinə zənglər olması barədə 23.IV.2001-ci ildə istintaq orqanına məlumat daxil olduqdan sonra onlar hər ikisi ifadələrinə düzəlişlər etmişlər. İ.Zeynalova 25.IV.2001-ci ildə evdən bayıra çıxmamışdır. Həmin gün rəfiqəsi N.Məmmədova ona baş çəkməyə gələndə özünün mobil telefonu xarab olduğu üçün onun telefonundan istifadə edib. Ola bilsin ki, onu məxsus telefondan rəfiqəsi N.Məmmədova E.Əliyevə zəng edib. E.Əliyev də onun dediklərini təsdiq edərək 2.VI.2001-ci il tarixli ifadəsində göstərmişdir ki, alverçi kimi tanıdığı və qızıl saatını satmaq üçü verdiyi N.Məmmədova hadisə günü həqiqətən onun mobil telefonuna zəng vurmuşdur. Lakin hansı telefondan zəng vurduğunu bilmir. O, yenə də İ.Zeyalovanı tanıdığını inkar etmişdir.
 
İ.Zeynalovanın rəfiqəsi N.Məmmədova da onların ifadələrini ilk dəfə verdiyi 26 aprel tarixli və sonrakı ifadələrində təsdiq edərək göstərmişdir ki, E.Əliyevlə tanışdır, 12.III.2001-ci ildə rəfiqəsi İ.Zeynalova xəstələndiyi üçün bütün günü onun yanında olmuş, martın əvvəlindən özünəməxsus mobil telefon xarab olduğu üçün rəfiqəsinin telefonundan bir neçə dəfə E.Əliyevə zəng vurmuşdur. Onun ifadələrindən, habelə İ.Zeynalovu qohumlarının ifadələrində belə çıxır ki, İ.Zeynalova martın 12-də bütün günü evdə xəstə vəziyyətdə yatdığından hadisə yerində ola bilməzdi.
 
Lakin hər üç şahidin yəni E.Əliyev, İ.Zeynalova və N.Məmmədovanın mobil telefonla əlaqədar ifadələri iş materialları ilə uyğunluq təşkil etmir. Martın əvvəlindən hadisə gününədək N.Məmmədovanın mobil telefonunun işləyib-işləməməsi xüsusi olaraq yoxlanması da, “Azərsell”dən alınan məlumatlardan görünür ki, İ.Zeynalovaya və N.Məmmədovaya məxsus telefonlarla həmin dövrdə müntəzəm olaraq əlaqə saxlanmışdır. Belə ki, həmin telefonlarla qarşılıqlı surətdə bağlantıların sayı martın birində 7, ikisində 19, onunda 5, on birində 5, on ikisində 3, on üçündə 4, on dördündə 23, on beşində 8 dəfə və s. olmuşdur. “Azərsell”dən verilən məlumat fevralın 27-dən martın 16-dəolan dövrü əhatə edir və həmin məlumatdan görünür ki, rəfiqələr hər gün bir neçə dəfə bir-birinə zəng vurmuşlar.
 
N.Məmmədovanın telefonu ilə həmin vaxtlar E.Əliyevin istifadə etdiyi telefonla da əlaqə saxlanmışdır. Bu telefonlardan qarşılıqlı surətdə martın 12-də bir dəfə, 13-də dörd dəfə zəng edilmişdir.
 
Göründüyü kimi, N.Məmmədovaya məxsus telefonun martın əvvəllərindən etibarən guya xarab olması, bu səbəbdən də onun rəfiqəsi İ.Zeynalovaya məxsus telefondan istifadə etməsi barədə hər üç şahidin ifadələri səmimi deyildir. Bunun səbəbi isə məhkəmə tərəfindən aydınlaşdırılmadığı kimi həmin ifadələrə düzgün hüquqi qiymət verilməmişdir.
 
Yei məhkəmə baxışı zamanı N.Məmmədovaya məxsus mobil telefonla bağlı “Azərsell”dən müvafiq sorğu edilməklə göstərilən vaxtda onun işləyib-işləməməsi aydınlaşdırılaraq bu məsələ barəsində hər üç şəxsin ifadələrinə düzgün hüquqi qiymət verilməlidir.
 
Şahid İ.Zeynalovanın xəstə olduğu üçün 12.III.2001-ci ildə bütün günü evdə olması barədə özünün, qohumlarının və rəfiqəsi N.Məmmədovanın ifadələri də ciddi şübhə doğurur. Belə ki, işdən görünür ki, 12.III.2001-ci ildə İ.Zeynalovaya məxsus mobil telefondan yaşadığı mənzildəki telefona 3 dəfə zəng vurulmuşdur. Belə çıxır ki, xəstə vəziyyətdə öz mənzilində yataqda olan İ.Zeynalova öz mobil telefonundan mənzil telefonuna zəng vurmuşdur. Bu isə inandırıcı deyildir. İ.Zeynalova yalnız mənzildən kənarda olduiğu təqdirdə yaşadığı mənzilə zəng vura bilərdi və məhkum İ.Ələkbərov keçmiş arvadı İ.Zeynalovanı hadisə yerində gördüyünü deməklə məhz bunu iddia edir.
 
Məhkəmə isə bütün günü xəstə vəziyyətdə öz mənzilində yataqda yatan İ.Zeynalovanın mobil telefonundan mənzilinə, faktiki olaraq özü-özünə zəng vurmasının səbəbini araşdırmamışdır. Nəzərə almaq lazımdır ki, bütün ifadələrində bildirmişdir ki, xəstə vəziyyətdə yatarkən mobil telefonu yanında olmuşdur və rəfiqəsi N.Məmmədova onun yanında həmin telefondan istifadə etmişdir. Yeni məhkəmə baxışı zamanı bu məsələ ətraflı araşdırılmaqla ona hüquqi qiymət verilməlidir.
 
Nəhayət işdən görünür ki, İ.Ələkbərovu tutub polisə aparmış polis işçisi E.Əliyev hadisə günü, ondan əvvəl və sonra dəfələrlə məhkuş İ.Ələkbərovun keçmiş arvadı İ.Zeynalova ilə nüntəzəm olaraq telefon əlaqəsi saxlamışdır. “Azərsell”in isə tikilmiş məlumatından görünür ki, 2001-ci il fevralın 27-dən martın 13-nədək olan dövrdə E.Əliyevlə İ.Zeynalova bir-birinə 46 dəfə, o cümlədən martın 11-də 5 dəfə, 12-də 8 dəfə, 13-də 8 dəfə zəng vurmuşdur. Bu zənglərin 5-i İ.Ələkbərovun tutulduğu vaxta, yəni 12.III.2001-ci ildə saat 16.00 radələriə təsadüf edir. İ.Ələkbərov da bütün ifadələrində məhz həmin vaxt E.Əliyevin mobil telefonunda keçmiş arvadı İ.Zeynalovanın səsini eşitdiyini iddia edir.
 
Bu məlumatlar E.Əliyev və İ.Zeynalovun bir-birini tanımamaları, telefon
 
əlaqələri saxlamamaları barədəki ifadələrinin səmimiliyini şübhə altına alır. Yei məhkəmə baxışı zamanı fevralın 27-dən əvvəlki 10-15 gün üçün “Azərsell”dən məlumatlar əldə etməklə həmin ifadələrin həqiqətə nə dərəcədə uyğun olması bir daha dəqiqləşdirilməlidir.
 
İşdən görünür ki, İ.Ələkbərov tutularkən, habelə ibtidai istintaq zamanı bir sıra qanun pozuntularına da yol verilmişdir. Onun heç bir qanuni əsas olmadan yholda tutulub polisə aparılması AR CRM-nin 148-ci maddəsinin tələblərinə ziddir. E.Əliyev göstərmişdir ki, guya İ.Ələkbərovun narkotika əldə etməsi barədə onda əməliyyat məlumatı olmuşdur, bu səbəbdən də digər polis işçiləri ilə birlikdə həmin əməliyyatı keçirmişdir. Belə vəziyyətdə aydın deyilir ki, onlarda belə məlumat vardısa, həmin günü, heç olmazsa, ibtidai istintaq dövründə narkotik maddə aşkar edilməsi üçün İ.Ələkbərovun mənzilində və iş yerində niyə axtarış aparılmamışdır.
 
İ.Ələkbərovun 12.III.2001-ci ildə saat 15-16 radələrində tutulması danılmaz faktdır. Buna baxmayaraq onun tutulması haqqında protokol 13.III.2001-ci ildə saat 20.15-də, yəni təxminən 29 saatdan sonra tətbiq edilmişdir ki, bu da CPM-nin 153-cü maddəsinin tələblərinin kobud surətdə pozulması deməkdir.Həm də tutma protokolu İ.Ələkbərovu faktiki tutan BPİ-nin polis işçiləri tərəfindən deyil, Nəsimi rayon Pİ-nin müstəntiqi tərəfindən tətbiq edilmişdir. Bu müddət ərzində Bakı BPİ-də hal şahidlərindən izahatlar alınsa da, İ.Ələkbərovdan heç bir izahat alınmamışdır. Tutulan zaman təbii ki, İ.Ələkbərov müdafiəçi ilə təmin edilməmişdir. İşdə diqqəti cəlb edən digər presessual qanun pozuntularına da yol verilmişdir. Bu qeyd edilənlər işə baxacaq məhkəməyə əsas verir ki, konkret məsələlərin aydınlaşdırılması zamanı polis işçilərinin ifadələrinə təqidi yanaşsın.
 
Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi isə tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etməklə CPM-nin 416.0.1-ci maddəsinin tələblərini pozmuşdur. Bu isə məhkəmə qərarının ləğv edilməsinə qauni əsas verir.
 
Bu səbəblərdən də İ.Ələkbərovun işi üzrə AR Apellyasiya Məhkəməsinin qərarı ləğv edilməklə iş yeni tərkibdə baxılması üçün həmin məhkəməyə göndərilmişdir.