Azərbaycan Respublikası Ali Məhkəməsi

Ədalət Mühakiməsinin rəsmi embleminin təsviri
Ədalət mühakiməsinin rəsmi embleminin
 
T Ə S V İ R İ
 
Ədalət mühakiməsinin rəsmi emblemi Azərbaycan Respublikası bayrağının üç rəngli rəmzi təsvir olunmuş Azərbaycan Respublikasının xəritəsinin fonunda ayaq üstə gözü bağlı, sağ əlində tərəzi, sol əlində isə üzü aşağı qılınc tutmuş qadın təsvirindən ibarətdir.
 
Təsvir çevrə daxilində yerləşdirilmiş və çevrə aşağı tərəflərdən postamentin içərisindən yuxarı istiqamətə doğru möhkəmlik, sarsılmazlıq, dözümlülük, güc və şöhrət rəmzi olan palıd ağacının yaşıl rəngli budaqları ilə əhatə edilmişdir.
 
Çevrənin yuxarı hissəsində qızıl fonda “Azərbaycan Respublikası” sözləri yazılmışdır.
 
Postament üzərində dayamış qadının təsviri monoxrom rənglə işlənmişdir. Qızıl rəngdə olan postamentin üzərində “ədalət mühakiməsi” sözləri yazılmışdır. Qadının başı üzərində günəş şüaları təsvir edilmişdir.
 
Emblemin arxa tərəfində postamentin üzərində “1999-cu il” sözləri yazılmışdır.