Azərbaycan Respublikası Ali Məhkəməsi

Məhkəmlər və hakimlər haqqında Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli Qanunundan çıxarış
MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ 1997-Cİ İL 10 İYUN TARİXLİ QANUNUNDAN ÇIXARIŞ
 
Maddə 95. Hakimlərin andı
 
Təyin olunmuş hakimlər vəzifələrinin icrasına başlamazdan əvvəl Ali Məhkəmənin Plenumunun iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdak məzmunda and içirlər:
 
“Ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyimə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağıma, yüksək hakim adına hörmət ruhunda davranmağıma and içirəm”.
 
Andiçmə dövlətin, vətəndaşın və ədalət mühakiməsininqarşısında hakimlərin məsuliyyətinin təcəssümüdür.
 
Hakimlərin səılahiyyətləri and içdiyi vaxtdan başlayır.
 
Hakimlər andın mətninə imza edir və bu sənədin hakimlərin şəxsi işində saxlanılır.