Azərbaycan Respublikası Ali Məhkəməsi

Respublika məhkəmələri tərəfindən 2000-ci ilin ikinci və 2001-ci ilin birinci yarısında baxılmış dələduzluqla əlaqədar cinayət işləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi
Respublika məhkəmələri tərəfindən 2000-ci ilin ikinci və 2001-ci ilin birinci yarısında baxılmış dələduzluqla əlaqədar cinayət işləri üzrə məhkəmə təcrübəsinin
 
Ü M U M İ L Ə Ş D İ R İ L M Ə S İ
(ixtisarla)
 
Mülkiyyət cəmiyyətinin iqtisadi özülünü təşkil edən mühüm iqtsiadi və hüquqi kateqoriyadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
 
Mülkiyyət əleyhinə yönəldilmiş cinayətlərin digər formalarında olduğu kimi, dələduzluq cinayətlərinin də obyektini mülkiyyət münasibətləri təşkil edir. Lakin bu növ cinayətlərin predmeti talama cinayətlərinin digər formalarının predmetlərindən bir qədər fərqlənir. Belə ki dələduzluq nəticəsində təqsirkar təkcə özgənin əmlakını yox, həm də əmlaka olan hüquqlarını qanunsuz olaraq əldə edir. Dələduzluq talamanın bir forması olmaqla onun əsas əlamətlərini özündə əks etdirsə də, talamanın digər formalarından fərqli olaraq, obyektiv cəhətdən bu cinayət törədilmə üsulunun özünəməxsusluğu ilə seçilir. Qanun əmlakı və ya əmlaka olan hüququn ələ keçirilməsinin üsulu kimi aldatma və ya etibardan sui-istifadəni nəzərdə tutur.
 
Bu cinayətin özünəməxsusluğu həm də ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək, zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.
 
Qanuna görə əməl o vaxt dələduzluq hesab edilir ki, təqsirkar şəxs əmlakı ələ keçirərkən və ya əmlaka olan hüququ əldə edərkən niyyəti hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgə əmlakını əvəzsiz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş olsun.
 
Dələduzluq işləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirməsi göstərir ki, məhkəmələr bu kateqoriyadan olan cinayət işlərinə baxarkən, qanunvericiliyin tələblərinə əsasən düzgün əməl etmişdir. Bununla yannaşı, müəyyən edilmişdir ki, bu növ cinayət işlərinə baxılarkən bəzi məhkəmələr tərəfindən təqsirləndirilən şəxslər tərəfindən qanunsuz ələ keçirilmiş əmlakın miqdarının dəqiq müəyyən edilməsi və vurulmuş ziyanın ödənilməsi üçün lazımi səviyyədə səy göstərilməmiş, yeni qanunvericiliyin bir sıra normalarının tətbiqində cinayət əməlinin tövsifedici əlamətlərinin düzgün qiymətləndirilməsində, cəza təyinində və digər məsələlərdə səhvlərə yol verilmişdir.
 
Məhkəmə statistikasının təhlili göstərir ki, dələduzluqla əlaqədar olaraq respublika üzrə 2000-ci ilin ikinci yarısında 126 nəfər, 2001-ci ilin birinci yarısında isə 117 nəfər məhkum olunmuşdur. 2001-ci ilin birinci yarısında dələduzluğa görə məhkəməyə verilmiş 12nəfər haqqında cinayət işinin icraatına Amnistiya aktı əsasında xitam verilməsini nəzərə alsaq, məlum olur ki, 2001-ci ilin birinci yarısında dələduzluğa görə cinayət məsuliyyətinə alınaraq məhkəməyə verilmiş şəxslərin sayı 2000-ci lin ikinci yarısına nisbətən demək olar ki, eyni səviyyədə olmuşdur.
 
Bu qəbildən olan cinayət işlərinin əksəriyyətinə, yəni 104 nəfər haqqında 101cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Respublika məhkəməsində baxılmışdır.
 
Eyni zamanda 2000-ci ildə dələduzluöa görə məhkum edilənlərin sayı 1999-cu ilə isbətən bu cinayətlərə görə məhkum olunanlardan 12 nəfər çox olmuşdur.
 
Respublika üzrə 2001-ci ilin birinci yarısında ümumi məhkum olunanların sayı 2000-ci ilin ikinci yarısınaisbətən 1254 nəfər azalsa da, yuxarıda qeyd olunduğu kimi müqayisə edilən dövrdə dələduzluğa görə məsuliyyətə cəlb olunanların sayı stabil qalmışdır.
 
Statistik məlumatların təhlili göstərir ki, ümumiləşdirmənin əhatə etdiyi dövrdə mülkiyyət əleyhinə yönəldilmiş cinayətlərə görə respublika üzrə ümumi məhkum olunanların 17,2 faizi haqqında AR-si CM-nin 41,70-ci maddələri (şərti məhkumluq) tətbiq olunduğu halda, dələduzluğa görə ümumi məhkum olunanlar haqqında bu göstərici 18,5 faiz olmuşdur.
 
Ümumiləşdirmə nəticəsində müəyyən edilmişdir ki, dələduzluğagörə məhkum edilən qadınların sayı əvvəlki illərə nisbətən nəzərə çarpacaq dərəcədə çoxalmışdır. Belə ki, ümumiləşdirmənin əhatə etdiyi dövrdə dələduzluğa görə ümumi məhkum edilənlərdən 39 nəfəri, yəni 16 nəfəri qadınlar olmuşdur.
 
Məhkum olunanların sosial tərkibindən görünür ki, onlardan 39 nəfəri, yəni 16 faizi ali təhsilli, 204 nəfəri, yəni 84 faizi orta təhsilli, 25 nəfəri, yəni 10,3 faizi qulluqçu, 15 nəfəri, yəni 6,2 faizi sair məşğuliyyət sahibi, 215 nəfəri, yəni 88,5 faizi isə əmək qabiliyyəti olan və heç bir yerdı işləməyən şəxslər olmuşdur. Bu kateqoriyadan olan cinayətlərə görə məhkum edilənlərdən nəzərə çarpacaq hissəsi – 55 nəfəri, yəni 22,6 faizi əvvəllər məhkum edilmiş şəxslər olmuşlar. Məhkum olunmuş şəxslərdən 18 nəfəri, yəni 7,4 faizi əvvəlki cinayətlərə görə məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, təkrar cinayət törətmiş şəxslər, 5 nəfəri isə təyin olunmuş cəzalarını çəkib qurtarmamış yenidən cinayət törətmiş şəxslər olmuşdur.
 
Məlum olmduğu kimi, mülkiyyət əleyhinə yönəldilmiş cinayətlər mülkiyyətçinin mülkiyyətə olan hüquqlarının qanuna zidd surətdə pozulmasında və əmlakın mülkiyyətçisinə ziyan vurmaqda ifadə olunur. Ziyan bütün hallarda bu qəbildən olan cinayətlərin obyektiv cəhətinin zəruri ünsürünü təşkil edir. Bu baxımdan məhkəmələr tərəfindən mülkiyyət əleyhinə yönəldilmiş cinayət işlərinə baxılarkən ziyanın ödətdirilməsi məsələsi mühüm əhəmiyyət kəsb edir.
 
Ümumiləşdirmə ilə əlaqədar cinayət işlərinin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, dələduzluqla əlaqədar respublika məhkəmələri tərəfindən 2000-ci ilin iknci yarısında və 2001-ci ilin birinci yarısında baxılmış cinayət şləri üzrə başqalarına cəmi 4.886.302080 manat ziyan vurulmuşdur. Bu ziyandan 4.543692635 manatı, yəni 93 faizi ayrı-ayrı vətəndaşlara 342609445 manatı, yəni 7 faizi isə təşkilatlara aiddir.
 
Cinayət işlərinin öyrənilməsi göstərir ki, cinayət nəticəsində vurulmuş ziyanın təqsirkar şəxslərin hesabına ödətdirilməsi kim mühüm məsələyə istər istintaq orqanı və istərsə də işə baxan məhkəmələr tərəfindən lazımi səviyyədə fikir verilməmişdir. Belə ki, ümumiləşdirmənin əhatə etdiyi dövrdə bu növ cinayət işləri üzrə vurulmuş ziyandan cəmi 813.196045 manatı, yəni 16,6 aizi istintaq orqanı tərəfindən, 1.585.329.025 manatı, yəni 32,4 faizi məhkəmələr tərəfindən ödətdirilmiş, ümumi ziyandan 2.487.777010 manatı, yəni 51 faizi ödətdirilməmiş qalmışdır.
 
Dələduzluqla əlaqədar zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödətdirilməsi işi Bakı şəhərinin Sabunçu və Xətai, respublikanın Ağsu, Əli Bayramlı, İmişli, Ağdaş və Balakən rayon məhkəmələrində lazımi səviyyədə təkkil olunmamışdır.
 
Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasında pul vahidi manatdır. Lakinqanunun bu tələbi bəzi hallarda istintaq orqanı tərəfindən pozularaq təqsirləndirilən şəxslərə vurduqları ziyana görə ittoham ABŞ dolları ilə elan olunmuş, bəzi məhkəmələr isə istintaqın bu səhvini düzəltmək əvəzinə onu təkrar etmişlər.
 
Bu cür qanun pozğunluğuna Ağır Cinayətlərə Dair İşlər üzrə Respublika Məhkəməsi tərəfindən baxılmış Adıyev Sərvər Zeyni oğlunun AR CM-nin 178.2.3 və 178.2.4-cü maddələri; Həsənov Kərəm Hüseyn oğlunun AR CM-nin 278.2.4 maddəsi, Xətai rayon məhkəməsi tərəfindən baxılmış Behbudova Qəribə Teymur qızının AR CM-nin 93.7-ci maddəsi, Əbilov Qadir Məzahir oğlunun AR CM-nin 93.7-ci maddəsinin 2-ci hissəsi, Qaradağ rayon məhkəməsi tərəfindən baxılmış Əliyev Mərdalı Şirməmməd oğlunun AR CM-nin 93.7-ci maddəsinin 3-cü hissəsi, 167-ci maddənin 2-ci hissəsi və 172-ci maddəsi ilə məhkum olunmalarına dair işlər üzrə yol verilmişdir.
 
Ümumiləşdirmə nəticəsində müəyyən edilmişdir ki, bəzi məhkəmələrin fəaliyyətində yeni cinayət qanunvericiliyinin bir sıra normalarının tətbiqi ilə əlaqədar ciddi nöqsanlara və qanun pozğunluğuna yol verilmişdir ki, bunlar da öz növbəsində respublika üzrə əsassız məhkumiyyətə, törədilən cnayət əməlinn düzgün olmayan tövsifinə və məhkumlara həddindən artıq ağır və ya yüngül cəzalar təyin edilməsinə səbəb olmuşdur.
 
Məsələn Ağır Cinayətlərə Dair İşlər üzrə Respublika Məhkəməsinin 30 oktyabr 2000-ci il tarixli hökmü ilə (hakim S.Məmmədova) Süleymanova Cülyeta Hacıyevna AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 5 il müddətinə, CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilini 7 il müddətinə, 32.4, 312.2maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanılmaqla ona 7 il müddətinə azadlqıdan məhrumetmə cəzası təyin olunmuşdur.
 
Məhkəmə AR CM-nin 66.3-cü maddəsinə istinad edərək cəzaların qismən toplanması yolu ilə məhkuma qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildiyini göstərsə də, aktiki olaraq qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə birləşdirmişdir.
 
Ağır Cinayətlərə Dair İşlər üzrə Respublika Məhkəməsində (sədrlik edən hakim S.Məmmədova) Səlimov Əliağa Əliyulla oğlunun ARCM-nin 147-ci maddəsinin 3-cü hissəsi, 320.1-ci və 320-ci maddələri ilə Cavadov İslam Əliman oğlunun AR CM-nin 17, 147-ci maddəsinin 3-cü hissəsi, 32.5, 320.1 və 32.5, 320.2 maddəlıri ilə məhkum olunmalarına dair cinayət işinə baxılarkən ciddi qanun pozuntularına yol verilmişdir.
 
Belə ki, məhkəmənin 1 noyabr 2000-ci il tarixli hökmü ilə Ə.Səlimov AR CM-nin 147-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli hesab edilib 7 il müddətinə, 320.1-ci maddə ilə 2 il müddətinə və 320.2-ci maddə ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ARCM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanılmaqla ona qəti olaraq 7 il müddətinə azadlqıdan məhrum etmə cəzası təyin edilmişdir. İş üzrə digər şəxs, Cavadov İslam Əhliman oğlu AR CM-nin 17,147-ci maddəsinin 3-cü hissəsi isə təqsirlibilinib 5 il müddətinə, 32.5, 320.1-ci maddə ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları birləşdirilməklə ona 5 il azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, haqqında CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab olunmuşdur.
 
Həmin iş üzrə məhkəmə iclas protokolundan görünür ki, məhkəmə iclasına sədrlik edən 30 oktyabr 2000-ci ildə İslam Cavadov haqqında müdafiə nitqli söyləmək üçün onun müdafiəçisi N.Səfərova söz vermiş, o isə çıxışa hazırlaşmaq üçün ona 3 gün vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə müdafiəçisi N.Səfərovun bu vəsadətini müzakirə etməmiş, bununla da AR CPM-nin 339-cu maddəsinin tələblərini pozmuşdur.
 
İ.Cavadovun müdafiəçisinin müdafiə nitqi ilə çıxış etməməsinə baxmayaraq sədrlik edən İ.Cavadova son söz verib, məhkəmə iclasının davamını 31 oktyabr 2000-ci il tarixə keçirmişdir. 31 oktyabr 2000-ci il tarixdə İ.Cavadov öldüyü üçün məhkəmədə iştirak etməmişdir. Məhkəmə İ.Cavadovun prosesdə iştirak etməməsinin səbəbini araşdırmadan, həmin gün məhkəmə iclasını davam etdirmiş, digər təqsirləndirilən şəxs – Ə.Səlimov son söz söylədikdən sonra müşavirə elan etmişdir, 1 noyabr 2000-ci il tarixdə məhkəmə müşavirədən qayıdaraq, təqsirləndirilən şəxslər barəsində, o cümlədən vəfat etmiş İslam Cavadov haqqında ittiham hökmü çıxarmışdır.
 
Məhkəmə tərəfindən AR CM-nin 391.8.6, 391.8.8 və 391.8.9-cu maddələrinin tələbləri əhəmiyyətli dərəcədə pozulduğu üçün Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 15 dekabr 2000-ci il tarixli qərarı ilə hökm ləğv edilmiş və iş yeni məhkəmə baxışına qaytarılmışdır.
 
Bundan əlavə Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi İ.Qasımovun 23 yanvar 2001-ci il tarixli qərarı ilə AR CM-nin 93.7-ci maddəsinin 4-cü hissəsi ilə təqsirləndirilən Mərdanov Tahir Mərdan oğlunun haqqında istintaq aparılan cinayət işi üzrə Bakı şəhər Prokurorluğunun istintaq müddətinin uzadılmasına dair 25 oktyabr 2000-ci il tarixli qərarı və Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininin 8 yanva 2001-ci il tarixli eyni məzmunlu qərarı və həmin işin Bakı şəhəri Baş polis idarəsinin istintaq idarəsindən alınıb Bakı şəhər Xətai rayon Polis idarəsinin istintaq şöbəsinə verilməsinə dair Bakı şəhər prokurorluğunun 27 oktyabr 2000-ci il tarxili məktubu qanunsuz hesab edilərək ləğv olunmuşdur.
 
Apellyasiya Məhkəməsinin 2 mart 2001-ci il tarixli qərarı ilə hakimin həmin qərarı qüvvədə saxlanılaraq prokurorun apellyasiya protesti təmin olunmamışdır.
 
Həmin işə kassasiya qaydasında Azərbaycan Respublikası Ali məhkməəsində baxılrakən müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi İ.Qasımov qeyd olunan qərarı qəbul edərkən öz səlahiyyəti dairəsindən kənara çıxaraq ona aid olmayan işlərə baxmış, Apellyasiya Məhkəməsi isə öz növbəsində hakimin yol verdiyi qanun pozğunluğun düzəltmək əvəzinə, özü də həmin qanun pozğunluğunu təkrar etmişdir.
 
Həmin səbəblərdən Azərbaycan Respublikası Ali məhkəməsinin Cinayət İşləri və İnzibati Hüquqpozmalara dair İşlər üzrə Məhkəmə kollegiyasının 10 aprel 2001-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin 2 mart 2001-ci il tarixli qərarı ləğv olunmuşdur.
 
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin tələbinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə vermiş olsun.
 
Ümumiləşdirmə nəticəsində müəyyən edilmişdir ki, bəzi məhkəmələr tərəfindən qanunun bu tələbi kobud surətdə pozulmuşdur.
 
Məsələn, Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi İ.Qasımovun sədrliyi ilə baxılmış Ədilov Qədir Məzahir oğlunun AR CM-nin 93.7-ci maddəsinin 2-ci hissəsi ilə olan cinayət işi üzrə Q.Ədilov məhkəmənin 25 yanvar 2001-ci il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
 
Məhkəmə hökmünün surəti məhkuma 5 evral 2001-ci il tarixdə, yəni hökm çıxarıldıqdan 10 gün sonra təqdim olunmuş, Q.Ədilov bundan 2 gün sonra, yəni 12 fevral 2001-ci il 2001-ci il tarxidə haqqında 1 fevral 2001-ci il tarixli Amnistiyanın tətbiq olunması haqda məhkəməyə ərizə verməsinə və həmin ərizə məhkəməyə 14 fevral 2001-ci il tarixdə daxil olmasına baxmayaraq məhkəmə onun haqqında Amnistiyanı tətbiq etməmiş və 16 fevral 2001-ci il tarixdə hökmün icra olunması haqda göstəriş vermişdir. Eyni zamanda məhkum Q.Ədilov məhkəmənin hökmü ona təqdim olunduqdan 9 gün sonra, yəni 13 yanvar 2001-ci ildə hökmdən apellyasiya şikayəti versə də, onun bu şikayəti əsassız olaraq qəbul edilməyin özünə qaytarılmışdır.
 
Bununla da AR CPM-nin 384.2-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökm ona verildiyi andan 20 gün müddətində verilir. Göründüyü kimi, məhkum Q.Ədilov ittiham hökmü ona təqdim olunduqdan 9 gün sonra apellyasiya şikayəti verməsinə baxmayaraq məhkəmə onun müdafiə hüququnu kobud surətdə pozaraq apellyasiya şikayətini əsassız olaraq qəbul etməmişdir.
 
Ümumiləşdirmə nəticəsində müəyyən edilmişdir ki, bəzi hallarda əvvəllər dəfələrlə məhkum olunmuş və təkrarən ağır cinayət əməli törətmiş şəxslər barəsində cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəzaların təyini hallarına da yol verilmişdir.
 
Belə ki, Cəfərova Kəmalə Zöhrab qızı Ağır Cinayətlərə dair İşlər üzrə Respublika Məhkəməsinin 29 dekabr 2000-ci il tarxili hökmü ilə CM-nin 178.2.2, 178.2.4 və 178.3.2-ci maddələri ilə təqsirli bilinib, ona görə 8 il müddətinə azadıqdan məhrum edilmişdir ki, o, dələduzluq yolu ilə 8 nəfərin 212.200 ABŞ dolları məbləğində pullarını və əmlakını ələ keçirmişdir.
 
Məhkəmə məhkuma cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ziyanın qismən ödənilməsini, məsuliyyəti yüngülləşdirən digər halları nəzərə almışdır.
 
Məhkumun apellyasiya şikayəti əsasında işə AR Apellyasiya məhkəməsində hakim L.Nəbiyevin sədrliyi ilə baxılarkən iş üzrə məsuliyyəti yüngülləşdirən başqa halların olmaması və 120.000 ABŞ dolları məbləğində ziyanın ödənilməməsi nəzərə alınmadan məhkum K.Cəfərovanın haqqında AR CM-nin 62-ci maddəsi tətbiq edilərək onun cəzası 8 ildən 3 ilə endirilmişdir.
 
Dələduzluqla əlaqədar 2000-ci ilin ikinici yarısında və 2001-ci ilin birinci yarısında məhkəmələr tərəfindən məhkum olunmuş şəxslərin apellyasiya və kassasiya şikayətləri əsasında, şikayət verilmiş işlər üzrə çıxaılmış məhkəmə qərarlarının 55 faizindən çoxu dəyişdirilmiş və ləğv olunmuşdur.
 
Belə ki, ümumiləşdirmənin əhatə etdiyi dövrdə dələduzluqla əlaqədar respublika məhkəmələri tərəfindən məhkum olunmuş 243 nəfərdən 85 nəfəri, yəni 35 faizi məhkəmənin hökümündən Apellyasiya şikayəti vermiş, şikayət verilmiş hökmlərdən 37 nəfər haqqında, yəni 43,6 faizi dəyişdirilmiş, 6 nəfər haqqında, yəni 7 faizi ləğv olunmuş, 42 nəfər haqqında, yəni 49,5 faizi qüvvədə saxlanılmışdır. 5 nəfər haqqında hökm Cinayət Prosessual Qanunvericiliyinin tələbləri pozulduğuna görə 1 nəfər haqqında hökm isə təqsirləndirilən şəxsin əməli sübuta yetmədiyi üçün ləğv olunmuşdur.
 
Hökmlərin dəyişdirilməsinin səbəbləri təhlil olunarkən müəyyən edilmişdir ki, şikayət verilmiş hökmlərdən 18 nəfər haqqında, yəni 48,6 faiz məhkumun əməlinin hüquqi tövsif dəyişdirilmədən təyin olunmuş cəza aşağı endirilmiş, 7 nəfər haqqında, yəni 18,9 faiz məhkumların əməllərinin birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif olunmadığına görə, 4 nəfər haqqında, yəni 10,8 faiz məhkum olunmuş cəza çəkmə müəssisəsinin növünün düzgün təyin olunmamasına görə, 4 nəfər haqqında, yəni 10,8 faizi yeni Qanunun normalarının düzgün tətbiq olunmaması ilə əlaqədar, 4 nəfər haqqında isə, yəni 10,8 faiz hökmlər məhkumların haqqında Amnistiya Aktının tətbiq olunması ilə əlaqədar dəyişdirilmişdir.
 
Ümumiləşdirmə zamanı müəyyən edilmişdir ki, bəzi hallarda rüşvət verməyə təhrik edən və ya təhrik etməsə də, rüşvət verənin xahişi ilə rüşvət verməkdə vasitəçilik vəzifəsini öz üzərinə götürən, əslində isə həmin qiymətli şeyləri mənimsəmək məqsədini güdən şəxslərin hərəkətlərinə məhkəmələr tərəfindən müxtəlif cür qiymət verilir.
 
Bəzi hallarda belə işlər üzrə ittiham yalnız dələduzluğa görə, bəzi hallarda isə cinayətlərin məcmuu üzrə dələduzluğa görə rüşvət verməyə təhrik etməyə görə elan olunur.
 
Məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən bəzən keçmiş SSRİ Ali Məhkəməsi Plenumunun 30 mart 1990-cı il tarixli “Rüşvətxorluq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarına istinad etmişlər. Belə ki, həmin qərarın 18-ci maddəsində qeyd edilir ki, rüşvət verməyə təhrik etməyən, lakin rüşvət verənin xahişi ilə rüşvət verməkdə vasitəçilik vəzifəsini öz üzərinə götürən, əslində isə rüşvət kimi verilmiş qiymətli şeyləri mənimsəmək məqsədini güdən şəxsin əməli yalnız, dələduzluğa görə, rüşvət verməyə təhrik etməklə rüşvət verməkdə vasitəçilik vəzifəsini öz üzərinə götürən, əslində isə rüşvət kimi verilmiş pul və qiymətli şeyləri mənimsəmək məqsədini güdən şəxslər əməli cinayətlərin məcmuu üzrə rüşvətxorluq və rüşvət verməyə təhrik etməyə görə məsuliyyət daşımalıdır.
 
Rüşvətxorluq işləri üzrə verilmiş həmin izah dələduzluq işlərinə baxılarkən müəyyən problemlər yaratdığından Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu özünün “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2002-ci il 31 yanvar tarixli qərarında bu və digər məsələlər üzrə məhkəmələrə izahlar vermişdir.
 
Məhkəmələr tərəfindən məhkum edilmiş şəxslərin islah və yenidən tərbiyə olunması, onlara təyin olunmuş cəzaların qanuna müvafiq surətdə və vaxtında icra olunmasından çox asılıdır.
 
Belə ki, Cinayət Prosessual Qanunvericiliyinə əsasən cinayət işinin baxılmasında məhkəmə iclasına sədrlik edən hakim və ya məhkəmə sədri qanuni qüvvəyə minmiş hökmün və ya məhkəmənin digər yekun qərar larının icrası barədə hökmün icraya yönəldilməsi vəzifəsi üzərinə qoyulmuş müəssisə və orqanların vəzifəli şəxslərinə dərhal göstəriş verməli və eyni zamanda bu haqda azadlıqdan məhrum edilmiş şəxsin ailəsinə məlumat göndərməli, cəzanı icra edən müəssisə və orqanların vəzifəli şəxsləri isə öz növbəsində hökmün icra üçün qəbul edilməsi və icraya yönəldilməsi haqda işə baxmış məhkəməyə rəsmi surətdə cavab verməlidir.
 
Ümumiləşdirmə ilə müəyyən olunmuşdur ki, dələduzluqla əlaqədar respublika məhkəmələrində baxılmış bir çox cinayət işləri üzrə Qanunun bu tələbləri pozularaq, hökmün icra olunması barədə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin ailəsinə bir qayda olaraq məlumat verilməmiş, əksər hallarda məhkum olunmuş şəxslər barəsində hökmün icrasına baxan orqanlardan hökmün icra üçün qəbul edilməsi haqda sənəd alınıb işə əlavə olunmamışdır.
 
Belə nöqsanlara Bakı şəhərinin Yasamal, Xətai, Suraxanı, Nizami və respublikanın Astara, Lənkəran, Füzuli və s. rayon məhkəmələrində yol verilmişdir.
 
Dələduzluq işləri üzrə respublika məhkəmələri tərəfindən 2000-ci ilin ikinici və 2001-ci ilin birinci yarısında baxılmış cinayət işləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticəsi Ali Məhkəmənin Plenumunda müzakirə olunmuş, bu qəbildən olan cinayət işlərinə baxılarkən qanunların düzgün tətbiq olunması məqsədi ilə respublika məhkəmələrinə tövsiyələr verilmişdir.
 
Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və
məhkəmə statistikasının təhlili şöbəsi