Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Beynəlxalq əlaqələrindən
 
ALİ MƏHKƏMƏNİN BEYNƏLXALQ ƏLAQƏLƏRİNDƏN
 
GÖRÜŞLƏR, SƏFƏRLƏR
 
2002-ci ilin aprel ayının 4-də “Avropa” mehmanxanasında Azərbaycan Respublikasının Ali Məhkəməsi, Apellyasiya Məhkəməsi, İqtisad Məhkəməsi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə birgə təşkil etdiyi “Azərbaycan Respublikası MPM-nə müvafiq olan üçpilləli məhkəmə sistemi və məhkəmə qərarlarının hüququn implementasiyası və təfsirində rolu” mövzusunda seminarı keçirilmişdir.
 
Seminarda “Azərbaycan Respublikası MPM-nə uyğun olan mülki və qitisadi işlər üzrə məhkəmə instansiyaları” və “Məhkəmə qərarlarının hüququn implementasiyası və təfsirində rolu” mövzularında Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin “Keçid dövrü ölkələrində hüquq islahatları” layihəsinin rəhbəri, Bremen Universitetinin professoru Rolf Kniper, Bremen Torpaq Məhkəməsinin hakimi, Texniki Əməkdaşlıq Cəmiyyətinin eksperti Hayn Bölinq, Ali Məhkəmənin Sədri S.Həsənova, Apellyasiya Məhkəməsinin Sədri G.Rzayeva və digər iştirakçılar çıxış etmiş, müzakirə olunan mövzular ətrafında geniş diskussiyalar aparmışdır.
 
2002-ci il iyunun 25-də Azərbaycan Respublikasının Ali Məhkəməsində Respublika Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə insan hüquqları və demokratikləşdirmə üzrə diplomatik nümayəndəliklərin forumunun 4-cü iclası keçirilmişdir. İclasda Avropa Şurasının İnsan Hüquqları üzrə tənzimləyicisi xanım İnkeri Arniolvof, İnsan Hüquqları üzrə Ali Komissarının texniki əməkdaşlıq layihəsi üzrə tənzimləyicisi xanım Branko Şeston, ATƏT-in Bakıdakı nümayəndəliyinin başçısı cənab Piter Burkhard, nümayəndəliyin demokratikləşdirmə üzrə rəsmi nümayəndəsi cənab Lutz Leyçtfus və Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri iştirak etmişlər.
 
Beynəlxalq təşkilatların nümayəndələri və səfirlərlə keçirilən görüşdə Ali Məhkəmənin Sədri ölkə Prezidenti H.Ə.Əliyevin bilavasitə rəhbərliyi ilə respublikada aparılan məhkəmə hüquq islahatından, insan hüquqlarının müdafiəsi üzrə görülmüş tədbirlərdən, Ali Məhkəmənin strukturu və fəaliyyətindən onun beynəlxalq əlaqələrindən danışmış və iştirakçıların çoxsaylı suallarına cavab vermişdir.
 
2002-ci il iyulun 23-də Azərbaycanda səfərdə olan Gürcüstan Respublika Ali Məhkəməsinin Sədri cənab Lado Çanturiya ilə Ali Məhkəmədə görüş keçirilmişdir. Görüşdə eyni taleli iki qonşu ölkələrin hüquqi əməkdaşlığının bünövrəsinin hələ 1995-ci ildən qoyulduğunu, hökumətlərarası hüquqi informasiya mübadiləsi, hüquqi yardım, təslimetmə və s. müqavilələr imzalandığı hər iki respublikada məhkəmə-hüquq islahatlarının aparılması vəziyyətindən bəhs edilərək təcrübə aparılmışdır.
 
2002-ci il avqustun 31-də Ali Məhkəmənin Sədr müavinləri Hacıbala Sadiqov və Yaqub Əsgərovun ölkəmizdə rəsmi səfərdə olan Avropa Şurası Baş Katibinin müavini cənab Hans Kristian Krüger ilə görüşü olmuşdur.
 
Görüş zamanı Hacıbala Sadiqov ədalət mühakiməsi sahəsində ölkəmizdə həyata keçirilmiş məhkəmə hüquq islahatlarından, üçpilləli məhkəmə sisteminin yaradılıb fəaliyyət göstərilməsindən, hakimlərin müstəqilliyinin təmin edilməsi üçün görülmüş tədbirlərdən danımış, habelə insan hüquqlarının qorunması sahəsində Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi prosesi barədə qonağa məlumat verilmişdir.
 
2002-ci il sentyabrın 12-də Ali Məhkəmənin Sədr müavini Hikmət Mirzəyev Bakıda rəsmi səfərdə olan Fransa Milli Hakimlər Məktəbinin direktoru Klod Anotonu qəbul etmişdir.
 
Görüşdə respublikamızda aparılmış məhkəmə-hüquq islahatlarından, hakimlərin üzərinə düşən vəzifələrdən və onların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən tədbirlərdən danışılmışdır.
 
Fransa Milli Hakimlər Məktəbi ilə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilmişdir.
 
2002-ci il sentyabrın 17-də Ali Məhkəmənin Sədri xanım Südabə Həsənova rəsmi səfərlə Azərbaycana gəlmiş Avropa Şurasının İnsan Hüquqları üzrə Ali Komissarı cənab Alvaro Hil Roblesi qəbul etmişdir.
 
Məhkəmə sədri qonağa ölkəmizdə aparılmış məhkəmə hüquq islahatları, yaradılmış yeni məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi sahəsində Respublika Ali Məhkəməsinin üzərinə düşən vəzifələrdən, ölkəmizdə insan hüquqlarının müdafiəsi üzrə görülmüş tədbirlərdən, söz-mətbuat azadlığının tam təmin edilməsindən, yeni yaradılmış “Ombudsman” institutunun əhəmiyyətindən danışmışdır.
 
Qəbulda Ali Məhkəmə Sədrinin müavinləri və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanova iştirak etmişdir.
 
Ali Məhkəmənin Sədri xanım Südabə Həsənova 2002-ci il sentyabrın 26-da Litva Respublikasının Ədliyyə Naziri cənab Vitautas Markyaviçusun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
Görüş hər iki ölkənin məhkəmə sistemləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, hüqüqi yardım, hüquqi informasiya və təcrübə mübadiləsi məsələlərinə həsr edilmişdir. Görüşdə Sədrin müavinləri iştirak etmişlər.
 
2002-ci ilin fevral tarixlərində Fransanın Bayonn şəhərində “Vəkillərin müstəqilliyi” mövzusunda Avropa Qanununun 28-ci Kollokviumu və 27 fevral - 1 mart tarixdə Ədalət mühakiməsinin səmərəliliyi üzrə eskpertlər komitəsinin 4-cü iclası keçirilmişdir. Bu tədbirlərdə respublikamızı Ali Məhkəmənin Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Məlahət Həsənova təmsil etmişdir.
 
2002-ci il mart ayının 25-30-da Çin Xalq Respublikası Ali Xalq Məhkəməsinin rəsmi dəvəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədr müavini cənab Hikmət Mirzəyevin başçılıq etdiyi Ali Məhkəmənin hakimləri Z.Hüseynov, M.Ağazadə, Ə.Şadiyev, şöbə rəisi S.Salahov, Apellyasiya Məhkəməsinin Sədr müavini F.Abdullayev və Bakı şəhəri Səbail rayon Məhkəməsinin sədri İ.Nəsirovdan ibarət tərkibdə nümayəndə heyəti Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur.
Səfər zamanı nümayəndə heyəti Çin Xalq Respublikasının paytaxtı Pekin və Çinin cənubunda yerləşən Nankin şəhərlərində olmuş, Çin Xalq Respublikasının Ali Xalq Məhkəməsinin, Ədliyyə Nazirliyinin şəhər məhkəmələrinin rəhbərliyi və hakimləri ilə görüşlər keçirmişlər.
 
Səfərin məqsədi Çin Xalq Respublikasının Ədalət Mühakiməsinin quruluşu ilə tanışlıq və iki dövlətin Ali Məhkəmə hakimiyyəti orqanlarının işgüzar əlaqələrinin genişləndirilməsindən ibarət idi.
 
2002-ci il aprel ayının 15-17-də Ali Məhkəmənin Sədri xanım Südabə Həsənovanın başçılıq etdiyi nümayəndə heyəti Avropa Şurası tərəfindən Qanunun Aliliyinin Möhkəmləndirilməsi üzrə Əməkdaşlıq Proqramı çərçivəsində “Kassasiya: Əhatə dairəsi, səciyyəsi və müraciət axımının nizamlanması” mövzusunda təşkil edilmiş, Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Avropa Şurasına üzv olan ölkələrin Ali Məhkəmə Sədrlərinin 7-ci görüşündə iştirak etmişdir.
 
Görüşün məqsədi ədalət mühakiməsinin kassasiya instansiyası mərhələsində meydana çıxan aktual problemlərin həlli yollarını aramaq, Ali Məhkəmələrin üzərinə düşən funksiyaların yerinə yetirilməsi qaydalarının nizamlanması və digər məsələləri təhlil etməkdən ibarət olmuşdur.
 
Görüşdə kassasiyanın prosedurları və vasitələri, kassasiya müraciətlərinin həll edilməsi, iş medotları, insan hüquqlarına dair Avropa Konvensiyasının tələbləri, işlərin məhkəməyə qəbul edilməsi, baxılması və ictimaiyyət tərəfindən öyrənilməsinə dair mövzular üzrə çıxışlar edilmiş və geniş diskussiyalar aparmışdır.
 
Diskussiyalarda çıxış edən S.Həsənova və Ali Məhkəmənin hakimi R.Məmmədov müzakirə edilən məsələlərə münasibət bildirmişlər.
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Müzəffər Ağazadə 2002-ci il iyulun 5-dən 14-dək Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Hüquqi Təşkilatlar üzrə Müdafiə İnstitutu tərəfindən təşkil edilmiş beynəlxalq seminarda iştirak etmişdir. Üç Cənubi Qafqaz Respublikaları – Azərbaycan, Ermənistan və Gürcüstan Respublikasının əsasən hüquq mühafizə orqanlarının işçilərindən ibarət nümayəndələri üçün təşkil edilmiş bu Seminar Rod Aylend Ştatının Nyuport kurort şəhərindəki hərbi dəniz bazasında keçirilmişdir.
 
Həmin seminarda Azərbaycan tərəfi Respublika Prezidentinin İcra Aparatı, Milli Məclisi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ali Məhkəmə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Elmlər Akademiyasının nümayəndələrindən ibarət tərkibdə təmsil olunmuşdur.
 
Seminarda Birləşmiş Millətlər Təşkilatının müasir terrorizmə yanaşma tərzi, müxtəlif dövlətlərin Milli qanunvericiliklərinə terrorizmə verilən təriflər, terrorizmin cinayət qaydasında təqibinin hüquqi məsələləri, 11 sentyabr terror hadisələrindən sonra ABŞ Prezidentinin imzaladığı “Patriot” qanununun mahiyyəti, onun həyata keçirilmə yolları və bu kimi məsələlər barədə mühazirələr oxunmuşdur.
 
2002-ci il dekabr ayının 2-3-də Gürgüstanın paytaxtı Tbilisi şəhərində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin təşkil etdiyi “Məhkəmə qərarlarının qanuni qüvvəsi və onlara yenidən baxılması” mövzusunda Ermənistan, Azərbaycan, Almaniya və Gürcüstan hakimlərinin iştirakı ilə seminar keçirilmişdir.
 
Seminarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze, Ali Məhkəmənin hakimləri Əsəd Mirzəliyev, Fərhad Əliyev və Müseyib Hüseynov, habelə Apellyasiya və İqtisad Məhkəməsinin hakimləri İ.Həsənov, Q.Kərimov, S.Hüseynov və İ.Dadaşov iştirak etmişlər.
 
Seminarda Gürgüstan, Ermənistan, Almaniya və Azərbaycanın qanunvericiliyində məhkəmə qərarlarının qanuni qüvvəsi və onlara yenidən baxılmasının əsasları barədə Gürcüstan Respublikası Ali Məhkəməsinin Sədri cənab Lado Çanturiyanın, Almaniya Federativ Respublikasının (AFR) Ali Məhkəməsinin sabiq Sədri Karlman Qaisinin, AFR Federal Torpaq Məhkəməsinin Sədri cənab Volfqanq Qolasovskinin, həmin məhkəmənin hakimi cənab Hayn Völinqin, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin və digər seminar iştirakçılarının məruzələri dinlənilmiş, mövzular ətrafında diskussiyalar aparılmışdır.
 
2002-ci il dekabr ayının 7-8-də Hindistanın Laknau şəhərində Dünya Ali Məhkəmə Sədrlərinin 3-cü Beynəlxalq Konfransı keçirilmişdir. Konfrans Montessori şəhər orta məktəbinin təsisçi direktoru cənab Caqdiş Qandinin rəhbərliyi ilə təşkil olunmuşdur.
 
Həmin konfransda Ali Məhkəmənin hakimi cənab Fərhad Əliyev iştirak etmişdir.
 
Konfransın keçirilməsinin məqsədi 2 milyard nəfər dünya uşaqlarının və hələ doğulmamış uşaqların təhlükəsizliyinin təmin olunması məsələlərini dünya hakimlərinin nəzər-diqqətinə çatıdırılmasından ibarət olmuşdur.