Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin beynəlxalq əlaqələrindən
 
ALİ MƏHKƏMƏNİN BEYNƏLXALQ ƏLAQƏLƏRİNDƏN
 
2004-cü il dekabrın 16-da Azərbaycan Respublikası Ali məhkəməsinin sədr müavini cənab Hacıbala Sadıqov ilə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi cənab Andres Herkelin görüşü olmuşdur.
 
Görüşdə cənab H.Sadıqov respublikamızın Avropa Şurası qarşısında hüquq sahəsində götürdüyü öhdəliklərin yerinə yetirilməsi barədə danışaraq, bu istiqamətdə Ali Məhkəmənin üzərinə düşən vəzifələrdən bəhs etmişdir.
 
Görüş zamanı cənab Andres Herkel respublikamızda məhkəmə sisteminin fəaliyyəti, vəkillərin sayının az olmasının səbəbləri, “siyasi məhbuslar” probleminin həlli barəsində onu maraqlandıran suallar ətrafında cənab H.Sadıqov və digər görüş iştirakçıları ilə ətraflı fikir mübadiləsi aparmışdır.
 
Görüşdə Ali Məhkəmənin sədr müavinləri Hikmət Mirzəyev, Ramazan Burcayev və Yaqub Əsgərov iştirak etmişlər.