Azərbaycan Respublikası Ali Məhkəməsi

“Məhkəmə-Hüquq Şurası haqqında” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Məhkəmə-Hüquq Şurası haqqında”
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
IFəsil.
ÜMUMI MÜDDƏALAR
 
Maddə 1. Məhkəmə-Hüquq Şurasının təyinatı
 
Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sis-teminin təşkilinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin (bundan sonra—"hakim vəzifəsinə namizədlər") seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır.
 
Maddə 2. Məhkəmə-Hüquq   Şurasının   fəaliyyətinin   hüquqi əsasları
 
Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin əsaslarını Azərbaycan Res-publikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdı-ğı beynəlxalq müqavilələr, bu Qanun, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları təşkil edir.
 
Maddə 3. Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin əsas prin-sipləri
 
Məhkəmə-Hüquq Şurası öz fəaliyyətini müstəqillik, qanunçuluq, kollegialıq, qərəzsizlik və obyektivlik prinsipləri əsasında qurur.
 
M a d d ə 4. Məhkəmə-Hüquq Şurasının müstəqilliyi
 
4.1.   Məhkəmə-Hüquq Şurası daimi fəaliyyət göstərən müstəqil orqandır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarindan, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir.
4.2.   Məhkəmə-Hüquq Şurası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, Azərbaycan Respublikasınm Vəkillər Kollegiyası, elmi təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.
 
Maddə 5. Məhkəmə-Hüquq Şurasının maüyyələşdirilməsi və atributları
 
5.1. Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövlət büdcəsindən maliyyələşdirilir. Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsait ötən maliyyə ilinə nisbətən azaldıla bilməz.
5.2.  Məhkəmə-Hüquq Şurası ona həvalə edilən vəzifələrin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələrdən də maliyyələşə bilər.
5.3.   Məhkəmə-Hüquq Şurası müstəqil balansa, dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı olan möhürə, müvafiq ştamplara, emblemə, blanklara, xəzinə və bank hesablarına malikdir.
  
IIFəsil.
 
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ TƏŞKILİ
 
M a d d ə 6. Məhkəmə-Hüquq Şurasının tərkibi
 
6.1.   Məhkəmə-Hüquq Şurası 15 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.
6.2.   Məhkəmə-Hüquq Şurasının tərkibi əsasən hakimlərdən, habelə icra, qanunvericilik, prokurorluq orqanları və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət olmaqla aşağıdakı şəxslərdən təşkil olunur:
6.2.1.   Azərbaycan Respublikası müvafıq icra hakimiyyəti orqanının rəhbəri;
6.2.2.   Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri;
6.2.3.   Azərbaycan Respublikasmm müvafıq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;
6.2.4.   Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;
6.2.5.   Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;
6.2.6.   hakim assosiasiyaları tərəfındən təklif olunmuş namizədlər sırasından Azərbaycan Respublikası Ali Məhkəməsinin təyin etdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi;
6.2.7.   hakim assosiasiyalan tərəfmdən təklif olunmuş namizədlər sırasından Azərbaycan Respublikası Ali Məhkəməsinin təyin etdiyi apellyasiya instansiyası məhkəməsinin (Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi) hakimi;
6.2.8.   hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Azərbaycan Respublikası Ali Məhkəməsinin təyin etdiyi apellyasiya instansiyası məhkəməsinin (Azərbaycan Respublikasının İqtisad Məhkəməsi) hakimi;
6.2.9.   hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasmından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təyin etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi;
6.2.10.   Hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanının təyin etdiyi birinci instansiya məhkəməsinin iki hakimi;
6.2.11.   Azərbaycan Respublikasnın müvafıq icra hakimiyyəti orqanının təyin etdiyi şəxs;
6.2.12.   Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təyin edilən vəkil;
6.2.13.   Azərbaycan Respublikasnın Baş Prokurorluğu tərəfindən təyin edilən şəxs.
6.3.   Azərbaycan Respublikası müvafıq icra hakimiyyəti orqanının rəhbəri və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilirlər.
6.4.   Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfındən Məhkəmə-Hüquq Şurasına üzv təyin edilən şəxslər ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə beş ildən artıq iş stajına malik olmalıdırlar.
6.5.   Hakim assosiasiyaları hər bir Məhkəmə-Hüquq Şurası üzvü yerinə ən azı iki namizəd təklif etməlidirlər. Məhkəmə-Hüquq Şurası üzvlüyünə təklif olunmuş namizədlərin siyahısına onlan təyin edən orqan tərəfındən yalnız bir dəfə etiraz edilə bilər ikinci dəfə təqdim olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməlidir.
6.6.   Məhkəmə-Hüquq Şurası üzvlərinin səlahiyyət müddəti beş ildir.
6.7.   Vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvü olan şəxslər istisna olmaqla eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilə bilməz.
    
Maddə 7. Məhkəmə-Hüquq Şurası üzvlərinə aid tələblər
 
Məhkəmə-Hüquq Şurasının tərkibinə ikili vətəndaşlığı, başqa dövlətlər qarşısmda öhdəliyi olan, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər, din xadimləri daxil edilə bilməzlər.
 
Maddə 8. Məhkəmə-Hüquq Şurası üzvlərinin təminatı
 
8.1.   Məhkəmə-Hüquq Şurası üzvlərinin şuranın üzvü olduqları müddət ərzində iş yerləri üzrə əmək haqları saxlanılır. Əmək haqqı almayan və ya işəmuzu əmək haqqı alan Məhkəmə-Hüquq Şurasının üzvlərinə şuranın iclaslarında iştirak etdikləri günlər üçün Məhkəmə-Hüquq Şurası tərəfindən onların son iki ildə orta illik gəliri əsasında hesablanmış gündəlik haqq ödənilir.
8.2.   Məhkəmə-Hüquq Şurasının üzvlərinə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir. Əlavə pul təminatı Məhkəmə-Hüquq Şurası tərəfindən dövlət büdcəsindən şuraya ayrılmış vəsait hesabına ödənilir.
 
 
Maddə 9. Məhkəmə-Hüquq Şurası üzvlərinin müstəqilliyi, to-xunulmazlığı və bərabərliyi
 
9.1. Məhkəmə-Hüquq Şurasının üzvləri müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Məhkəmə-Hüquq Şurasının üzvü şuradakı fəaliyyətinə, səsverməyə, söylədiyi fıkrə görə məsuliyyətə cəlb oluna bilməz, ondan bu hallarla alaqədar izahat, ifadə tələb edilə bilməz.
9.2.   Məhkəmə-Hüquq Şurasının hakim olmayan üzüvləri hakim  statusundan irəli gələn toxunulmazlığa malikdirlər. Məhkəmə-Hüquq Şu-rası üzvünün cinayət təqibi, bununla bağlı onun səlahiyyətlərinin icra-sına buraxılmaması və bu səlahiyyətlərin sonrakı bərpası "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 101-ci maddəsində hakimlər üçün müəyyən edilmiş qaydada həyata keçirilir.
9.3.   Məhkəmə-Hüquq Şurasmm səlahiyyətlərinə aid bütün məsələlərin həllində şura üzvlərinin hüquqları bərabərdir.
9.4.   Məhkəmə-Hüquq Şurasının üzvləri onların statusunu təsdiq edən xidməti vəsiqəyə malikdirlər.
 
Maddə 10. Məhkəmə-Hüquq Şurası üzvünün səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi
 
10.1. Məhkəmə-Hüquq Şurası üzvünün səlahiyyətlərinə şuranın sədrinin və yaxud onu təyin etmiş orqanın müraciətinə əsasən yalnız Məhkəmə-Hüquq Şurasının qərarı ilə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
10.1.1. öz arzusu ilə Məhkəmə-Hüquq Şurası üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
10.1.2. barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı olduqda;
10.1.3. Məhkəmə-Hüquq Şurası üzvünün bu Qanunun 6.4-cü və 7-ci maddələrinin tələblərinə cavab vermədiyi aşkar edildikdə;
10.1.4. Məhkəmə-Hüquq Şurasında müəyyən məhkəmə instansiya-sını təmsil edən hakim digər məhkəmə instansiyasına işə keçirildikdə;
10.1.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
10.1.6. vəfat etdikdə;
10.1.7. məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;
10.1.8. tibbi sənədlərə görə vəzifələrini altı aydan artıq yerinə yetirə bilmədikdə;
10.1.9. üzrsüz səbəbdən ardıcıl üç dəfə və ya il ərzində üzrsüz səbəbdən altı dəfə Məhkəmə-Hüquq Şurasının iclaslarında iştirak etmədikdə;
 10.1.10.  bu qanunun 27.2-ci maddəsində göstərilən vəzifələri icra etmədikdə;
10.1.11.  Məhkəmə-Hüquq Şurası üzvü adına ləkə gətirən hərəkətə yol verdikdə. 
10.2.  Məhkəmə-Hüquq Şurası üzvünün səlahiyyətlərinə, habelə tutduğu vəzifədən azad edildikdə xitam verilə bilər.
10.3. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş Məhkəmə Hüquq Şurası üzvünün yerinə yeni üzv onun səlahiyyət müddətinin qalmış hissəsinə bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş qaydada təyin edilir.
 
IIIFəsil.
 
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTININ ƏSASLARI
 
M a d d ə 11. Məhkəmə-Hüquq Şurasının vəzifələri
 
11.0. Məhkəmə-Hüquq Şurası aşağıdakı vəzifələri həyata keçirir: 11.0.1. məhkəmələrin təşkil olunmasına dair Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verir (olduğu yer, ərazi üzrə fəaliyyət dairəsi və hakimlərin sayı);
11.0.2. hakim vəzifəsinə namizədlərin seçilməsi işini təşkil edir;
11.0.3. hakimlərin fəaliyyətini və məhkəmə sədrlərinin, sədr müa-vinlərinin və məhkəmə kollegiyaları sədrlərinin məhkəmə fəaliyyətinin təşkili ilə bağlı işini qiymətləndirir;
11.0.4. hakimlərin iş yerinin dəyişdirilməsinə, onların vəzifədə irəli çəkilməsinə, səlahiyyət müddətinin uzadılmasına, Azərbaycan Respublikasının Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, ağır cinayətlərə dair işlər üzrə məhkəmələrin sədrləri istisna olmaqla təyin olunmuş hakimlər sırasından Azərbaycan Respublikası məhkəmələrinin sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsinə, habelə bu şəxslərin vəzifədən azad edilməsinə və ya digər vəzifəyə keçirilməsinə dair məsələləri müzakirə edir;
11.0.5. hakimlərin peşə səviyyəsinin yüksəldilməsi, hakim vəzifələrinə namizədlərin hazırlanması üçün tədbirlər görür;
11.0.6. ilkin uzunmüddətli tədris kurslarına göndərilmiş hakim vəzifəsinə namizədlərin maddi təminatını həyata keçirir;
11.0.7. hakimlərin müstəqilliyinin təmin edilməsi və məhkəmələrin işinə kənar müdaxilələrin qarşısının alınması üçün tədbirlər görür;
11.0.8. məhkəmə fəaliyyətinin hüquqi və informasiya təminatını həyata keçirir;
11.0.9. məhkəmələrin maddi-texniki təchizatı və maliyyələşdirilməsi üzrə təkliflər verir;
11.0.10. Hakimlərin Etik Davranış Kodeksini təsdiq edir;
11.0.11. hakimlərin təltif olunması, mükafatlandırılması və intizam məsuliyyəti məsələlərinə baxır;
11.0.12. hakimlərin səlahiyyətlərinə xitam verilməsi və cinayət mə-suliyyətinə cəlb edilməsi barədə müraciətlərə baxır;
11.0.13. daxil olmuş ərizə və şikayətlərə, o cümlədən Hakimlərin Seçki Komitəsinin qərarlarından verilmiş şikayətlərə baxır;
11.0.14. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirir.
 
M a d d ə 12. Məhkəmə-Hüquq Şurasının hüquqları
 
12.0. Məhkəmə-Hüquq Şurası ona həvalə edilmiş vəzifələrin həyata keçirilməsi ilə əlaqədar aşağıdakı hüquqlara malikdir:
12.0.1. hakim vəzifəsinə namizədlərin seçilməsi üçün yazılı və şifahi imtahanların, uzunmüddətli tədrisin nəticələri üzrə namizədin qiymətləndirilməsi, yekun müsahibənin keçirilməsi qaydasını müəyyən etmək;
12.0.2. Məhkəmə-Hüquq Şurasının Aparatını formalaşdırmaq;
12.0.3. Hakimlərin seçki komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Seçki Komitəsini formalaşdırmaq;
12.0.4. Azərbaycan Respublikasının Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, ağır cinayətlərə dair işlər üzrə məhkəmələrin sədrləri istisna olmaqla təyin olunmuş hakimlər sırasından Azərbaycan Respublikası məhkəmələrinin sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi, habelə bu şəxslərin vəzifədən azad edilməsi və ya digər vəzifəyə keçirilməsi barədə Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanına təklif vermək;
12.0.5. hakimlərin təltif olunmasına dair Azərbaycan Respublikası-nın müvafiq icra hakimiyyəti orqanına təklif vermək;
12.0.6. hakimləri mükafatlandırmaq;
12.0.7. hakimləri intizam məsuliyyətinə cəlb etmək;
12.0.8. hakimlərin səlahiyyətlərinə xitam verilməsi məsələsini müzakirə etmək və bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif vermək;
12.0.9. hakimlər barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq vermək, onları səlahiyyətlərinin icrasma müvəqqəti buraxmamaq;
12.0.10. hakimin altı aydan artıq müddətdə tibbi səbəblərə görə vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyünün müəyyən edilməsi məqsədilə xüsusi həkim komissiyası təşkil etmək;
12.0.11. Məhkəmə-Hüquq Şurasında baxılan məsələlər üzrə məhkəmələrdən və dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən məlumat və sənədlər almaq;
12.0.12. dövlət orqanlarının, elmi müəssisələrin, idarə və
təşkilatların əməkdaşlarını, mütəxəssislərini və ekspertlərini öz fəaliyyətinə cəlb etmək;
12.0.13. Məhkəmə-Hüquq Şurasına həvalə edilmiş vəzifələrin həyata keçirilməsi və nizamlanması məqsədilə normativ xarakterli aktlar qəbul etmək;
12.0.14. Məhkəmə-Hüquq Şurasında baxılan məsələlər üzrə müvafıq qərarlar qəbul etmək;
12.0.15. qəbul etdiyi qərarların icrasına nəzarət etmək;
12,0.16. hakimlərin fəaliyyətini və məhkəmələrin təşkilati
məsələlərini təhlil etmək;
12.0.17. Hakimlərin Seçki Komitəsi tərəfindən təklif olunan
namizədlərlə söhbət aparmaq;
12.0.18. Hakimlərin Seçki Komitəsinin fəaliyyəti ilə bağlı Komitə sədrinin hesabatını dinləmək;
12.0.19. məhkəmələr və hakimlər haqqında qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
12.0.20. hakimlərin peşə səviyyəsinin yüksəldilməsi məqsədilə təd-ris müəssisəsində ixtisasartırma kursları, seminar və məşğələlər keçirmək;
12.0.21. vakant hakim vəzifələrinə namizədlər üçün tədris müəssi-səsində ilkin uzunmüddətli kurslan təşkil etmək;
12.0.22. öz fəaliyyəti ilə bağlı beynəlxalq əlaqələr yaratmaq, məhkəmə fəaliyyəti sahəsində təcrübə mübadiləsini həyata keçirmək;
12.0.23. Məhkəmə-Hüquq Şurasına həvalə edilmiş vəzifələrin həya-ta keçirilməsi üçün yerli və xarici təşkilatların vəsaitlərini cəlb etmək, qrantlar almaq;
12.0.24. məhkəmə fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq etmək;
12.0.25. hakimlərin və məhkəmə aparatı işçilərinin əmək şəraitinin və maddi təminatının yaxşılaşdırılması üzrə təkliflər vermək;
12.0.26. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
 
Maddə 13. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi
 
13.1. Hakimlərin fəaliyyəti bir qayda olaraq üç ildə bir dəfə Məhkəmə-Hüquq Şurası tərəfındən qiymətləndirilir.
13.2. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ədalət
mühakiməsinin təkmilləşdirilməsi, hakimlərlə tədris prosesinin düzgün qurulması, habelə onların vəzifədə irəli çəkilməsi, hakimlik və sədrlik fəaliyyətini davam etdirməyə yararlılıqlarını müəyyən edilməsi məqsədilə aparılır.
13.3. Hakimlərin fəaliyyəti Azərbaycan Respublikasının Ali Məhkəməsi, müvafıq olaraq apellyasiya məhkəmələri və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, habelə hakimlərin mənsub olduqları məhkəmələrin sədrləri tərəfindən vəzifələrinin icrasına dair verilmirəylər əsasında qiymətləndirilir. Hakimlərin fəaliyyəti qiymətləndirilərkən həmçinin Azərbaycan Respublikası müvafıq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirərkən topladığı və Məhkəmə-Hüquq Şurasına təqdim etdiyi məlumatlar nəzərə alınır. Hakimlərin fəaliyyəti qiymətləndirilərkən MəhkəməHüquq Şurasının ayrı-ayrı üzvlərinin malik olduqlan məlumatlardan istifadə oluna bilər.
13.4. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin qaydaları və metodologiyası Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir.
 
M a d d ə 14. Hakimlərin Seçki Komitəsi
 
14.1. Məhkəmə-Hüquq Şurası hakim vəzifəsinə namizədlərin seçkisini həyata keçirmək məqsədilə 11 nəfərlik tərkibdə əsasən hakimlərdən, öz aparatının, Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanının və prokurorluğun nümayəndəsindən, vəkil və hüquqşünas-alimdən ibarət olmaqla aşağıdakı şəxslərdən Hakimlərin Seçki Komitəsini formalaşdırır:
14.1.1.Azərbaycan Respublikası Ali Məhkəməsinin iki hakimi;
14.1.2.  Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin iki hakimi;
14.1.3.Azərbaycan Respublikası İqtisad Məhkəməsinin hakimi;
14.1.4.Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi;
14.1.5.Məhkəmə-Hüquq Şurası Aparatının nümayəndəsi;
14.1.6.Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqa-nının nümayəndəsi;
14.1.7.Azərbaycan Respublikası Prokurorluğunun nümayəndəsi;
14.1.8.Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü;
14.1.9.hüquqşünas alim.
 14.2. Məhkəmə-Hüquq Şurasının üzvü eyni zamanda Hakimlərin Seçki Komitəsinin üzvü ola bilməz.
14.3. Hakimlərin Seçki Komitəsi vakant hakim vəzifələrini tutmaq istəyən hakim olmayan şəxslərin sənədlərini toplayır, bu şəxslərlə hakim peşəsinə yiyələnmək məqsədilə tədris kurslarına qəbul edilmək üçün şəffaf surətdə yazılı və şifahi imtahan təşkil edir, hakim vəzifəsinə namizədləri ilkin uzunmüddətli tədris kurslarına cəlb edir, müsahibə yolu ilə onların peşə yararlılığını müəyyən edir.
14.4. Hakimlərin Seçki Komitəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Məhkəmə-Hüquq Şurasının üzvləri üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş təminatlar Hakimlərin Seçki Komitəsinin üzvlərinə də şamil olunur.
14.5. Hakimlərin Seçki Komitəsinin qərarlarından Məhkəmə-Hüquq Şurasına şikayət verilə bilər. Şikayətə daxil olduğu 10 gün müddətində baxılır və komitənin qərarı qüvvədə saxlanılır, ləğv olunur və ya ona dəyişiklik edilir.
 
Maddə 15. Hakim vəzifəsinə namizədin qulluq yerinin müəyyən edilməsi
 
15.1. Hakimlərin Seçki Komitəsi ilkin uzunmüddətli tədris kurslarını müvəffəqiyyətlə bitirmiş və yekun müsahibədən keçmiş hər bir namizəd barəsində Məhkəmə-Hüquq Şurasına öz təkliflərini təqdim edir. Namizəd barəsində təklifdə aşağıdakı məlumatlar əks etdirilməlidir:
15.1.1.   adı, atasının adı, soyadı;
15.1.2.   tərcümeyihal və xarakterizəedici məlumatlar;
15.1.3.   ilkin tədrisin və yekun müsahibənin nəticələri;
15.1.4.   hakim vəzifəsinə uyğunluğu barədə məlumat, o cümlədən ixtisaslaşdırma haqqında rəy.
15.2. Məhkəmə-Hüquq Şurası hakim vəzifəsinə seçilmiş namizəd barəsində Hakimlərin Seçki Komitəsinin təklifinə baxır, hakim vəzifəsinə namizədin seçilməsində qanunvericiliyin və Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamənin tələblərinin pozulub-pozulmamasını müəyyən edir və hakim vəzifəsini tutmaq üçün müəyyən etdiyi mini-mum və daha çox bal toplamış namizədin vakant hakim vəzifələrindən birinə təyin edilməsi barədə müvafıq təqdimat verir.
 
Maddə 16. Hakim vəzifəsinə təyin edilmə haqqında təqdimat
 
16.0. Məhkəmə-Hüquq Şurası vakant hakim vəzifəsinə seçilmiş namizədlərin hakim vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanına təqdimat verir. Vakant hakim vəzifəsinə təyin edilmə haqqında təqdimatda namizəd barəsində aşağıdakı məlumatlar göstərilir:
16.0.1. adı, atasının adı, soyadı; 16.0.2. tərcümeyi-hal və xarakterizəedici məlumatlar; 16.0.3. ilkin tədrisin və yekun müsahibənin nəticələri; 16.0.4. hakim vəzifəsinə uyğunluğu barədə məlumat, o cümlədən ixtisaslaşdırma haqqında rəy.
16.0.5. təyin edilməsi təklif olunan vəzifə.
 
Maddə 17. Məhkəmə-Hüquq Şurasının qərarları
 
17.1. Məhkəmə-Hüquq Şurası baxılan məsələlər üzrə qərarlar qəbul edir.
17.2. Məhkəmə-Hüquq Şurasının qərarları açıq səsvermə yolu ilə, bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla iclasda iştirak edən şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunur. Məhkəmə-Hüquq Şurasının iclasına sədrlik edən axırıncı səs verir.
17.3. İntizam icraatı üzrə qərar qəbul edilərkən səsvermədə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və məruzəçi hakim istisna olmaqla Məhkəmə-Hüquq Şurasının yalnız hakim üzvləri iştirak edirlər.
17.4. Hakim barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatının təmin və ya rədd edilməsi haqqında qərar qəbul edilərkən səsvermədə Məhkəmə-Hüquq Şurasının yalnız hakim üzvləri iştirak edirlər. Məhkəmə-Hüquq Şurasının bu məsələ üzrə qəbul edilən qəran qətidir.
17.5. Məhkəmə-Hüquq Şurası üzvünün xüsusi rəyi olduqda həmin rəy qərara əlavə edilir.
17.6. Məhkəmə-Hüquq Şurasının intizam icraatı üzrə qərarları qüvvəyə mindikdən sonra bir ay ərzində dərc edilir.
 
Maddə 18. Məhkəmə-Hüquq Şurasının qərarlarından şikayət verilməsi
 
18.1. Hakim və ya hakim vəzifəsinə namizəd Məhkəmə-Hüquq Şurası tərəfindən onun barəsində qəbul edilmiş qərarlardan, o cümlədən intizam icraatı üzrə qərarlardan (bu Qanunun 17.4-cü maddəsində nə-zərdə tutulmuş qərarlar istisna olmaqla) on gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna hüquqi məsələlər üzrə qanunvericiliyin tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər.
18.2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu bir ay müddətində şikayətə baxıb Məhkəmə-Hüquq Şurasının qərarını qüvvədə saxlayır, ləğv edir və ya ona dəyişikliklər edir və öz qərarını Məh-kəmə-Hüquq Şurasına təqdim edir.
18.3. Məhkəmə-Hüquq Şurasının qərarından şikayət üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarı qətidir.
18.4.  Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Məhkəmə-Hüquq Şurasının qərarlarından şikayətlərə Plenumun ümumi iş qaydasında baxır.
 
IVFəsil.
 
HAKİMLƏRİN İNTİZAM MƏSULİYYƏTİNƏ CƏLB EDİLMƏSİ
 
Maddə 19. Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi
 
19.1. Hakimlər "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əsaslar olduqca intizam məsuliyyətinə cəlb edilirlər.
19.2.  "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublika-sının Qanununa uyğun olaraq hakimlər barəsində intizam icraatını hə-min Qanunda göstərilmiş şəxslərin müraciətinə əsasən yalnız Məhkə-mə-Hüquq Şurası başlaya bilər.
19.3 "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublika-sının Qanununa müvafiq olaraq həmin Qanunda göstərilmiş səbəblər və intizam məsuliyyətinə cəlb edilmə əsaslarının əlamətləri olduqda səlahiyyətli şəxslər intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməyə borcludurlar.
19.4. Məhkəmə-Hüquq Şurası intizam icraatının başlanmasına dair müraciətə 20 gün müddətində baxır və intizam icraatının başlanılması və ya belə icraatın başlanılması barədə müraciətin təmin edilməməsi haqqında qərar qəbul edir.
 
M a d d ə 20. İntizam məsuliyyətinə cəlb edilən hakimin hüquqları
 
20.0. İntizam məsuliyyəti məsələsinə baxılan hakim:
20.0.1. intizam icraatının materialları ilə tanış olmaq;
20.0.2. özünün seçdiyi hakim və ya Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü tərəfindən müdafiə olunmaq;
20.0.3. Məhkəmə-Hüquq Şurasının intizam icraatı üzrə iclasının tarixi, vaxtı və yeri barədə xəbərdar edilmək;
20.0.4. bu Qanunun 28-ci maddəsində göstərilən əsaslarla Məhkəmə-Hüquq Şurasının üzvünə etiraz etmək;
20.0.5. intizam icraatı üzrə iclaslarda iştirak etmək, izahat, vəsatət və sənədlər təqdim etmək;
20.0.6. intizam icraatı üzrə qərarın surətini almaq;
20.0.7. intizam məsuliyyətinə cəlb edilməsi barədə qərardan müəyyən edilmiş qaydada şikayət vermək hüququna malikdir.
 
M a d d ə 21. İntizam icraatı
 
21.1. Məhkəmə-Hüquq Şurası intizam icraatının başlandığı gündən bir ay müddətinə məsələni bir qayda olaraq hakimin iştirakı ilə araşdırır və qərar qəbul edir. Hakim üzrlü səbəblərdən intizam icraatında iştirak edə bilmədikdə bu müddət Məhkəmə-Hüquq Şurasının qəran ilə uzadılır.
21.2.   İntizam icraatının başlanmasına səbəb olmuş məsələ üzrə Məhkəmə-Hüquq Şurasının sədri tərəfındən Şuranın hakim üzvləri sırasından məruzəçi təyin olunur. Məruzəçi daxil olmuş materialları Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşlarını cəlb etməklə araşdırır, nəticəsi üzrə hazırladığı məruzəni və məsələ ilə bağlı MəhkəməHüquq Şurasının iclasına dəvət olunması məqsədə müvafıq hesab olunan şəxslər barəsində təklifini Şuranın sədrinə təqdim edir. Sədr məsələni Məhkəmə-Hüquq Şurasının iclasına çıxarır.
21.3. Məhkəmə-Hüquq Şurasının üzvlərinə və dəvət olunan şəxslərə iclasa ən geci üç gün qalmış iclasın tarixi, vaxtı və yeri barədə xəbər verilir, bu müddətdə Məhkəmə-Hüquq Şurasının üzvləri iclasın gündəliyi və baxılması nəzərdə tutulmuş materialları ilə tanış edilirlər.
21.4. Intizam məsuliyyəti məsələsinə baxılan hakim iclasa ən geci beş gün qalmış Məhkəmə-Hüquq Şurasının iclasının tarixi, vaxtı və yeri barədə xəbərdar edilir. Bu hakimə iclasın günü barədə müvafıq qaydada xəbər verilmədikdə və ya o, üzrlü səbəblərdən Məhkəmə-Hüquq Şurasının iclasına gəlmədikdə məsələyə baxılması təxirə salınır.İclasın günü barədə müvafiq qaydada xəbərdar edilmiş və materiallarla tanış edilmiş hakim üzrsüz səbəblərdən iclasa gəlmədikdə Şura məsələyə onun iştirakı olmadan baxır. Hakimin materiallarla tanış olmaqdan və ya iclasa gəlməkdən imtinası rəsmiləşdirilir.
21.5. İntizam icraatı üzrə Məhkəmə-Hüquq Şurasının iclası Şuranın səsvermədə iştirak etmək hüququ olan hakim üzvlərinin beşi iştirak etdikdə səlahiyyətli sayılır. Məhkəmə-Hüquq Şurasının sədri təyin olun-muş vaxtda iclası açır, gündəliyi elan edir, dəvət olunmuş şəxslərin gəlmələrini yoxlayır, iştirak etməyənlərin gəlməmələrinin səbəblərini araşdırır, materiallara baxılmasının mümkünlüyü məsələsini müzakirə edir, Şura üzvlərinə etirazın olub-olmamasını müəyyənləşdirir.
21.6.        Məhkəmə-Hüquq Şurasının iclasında intizam icraatı üzrə məsələyə baxılması materiallar üzrə yoxlama aparmış məruzəçinin məruzəsi ilə başlanır. Sonra intizam məsuliyyəti məsələsinə baxılan hakim və iclasa də-vət edilmiş şəxslər dinlənilir, verilmiş vəsaitlərə baxılır, zəruri sənədlər və materiallar tədqiq edilir, araşdırma aparılır, nəticələr müzakirə edilərək "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 112-ci maddəsində nəzərdə tutulmuş qərarlardan biri qəbul olunur.
21.7. Məhkəmə-Hüquq Şurası intizam icraatı üzrə qərar qəbul edər-kən faktlara və əhəmiyyət kəsb edən hallara, hakimin yol verdiyi hərəkətin xarakterinə, ağırlıq dərəcəsinə və nəticəsinə əsaslanır.
 
Maddə 22. İntizam icraatma xitam verilməsi
 
22.0. Məhkəmə-Hüquq Şurası aşağıdakı hallarda intizam icraatına xitam verir:
22.0.1. hakimin hərəkətində pozuntu müəyyən edilmədikdə;
22.0.2. hakim haqqında intizam icraatı intizam pozuntusunun aşkar edildiyi gündən keçən bir il və törədildiyi gündən keçən üç il müddətində başlamadıqda.
 
Maddə  23. Məhkəmə-Hüquq Şurasının intizam icraatı üzrə qərarı
 
23.1. Məhkəmə-Hüquq Şurasının intizam icraatı üzrə yazılı formada tərtib edilən qərarında aşağıdakılar göstərilir:
23.1.1. Şuranın adı və iclasda iştirak edən üzvləri;
23.1.2.   qərarın çıxarılma yeri və tarixi;
23.1.3.   intizam məsuliyyəti məsələsinə baxılan hakimin soyadı, adı, atasının adı və vəzifəsi;
23.1.4.   intizam icraatının başlanılması barədə müraciət etmiş şəxs;
23.1.5.   baxılan məsələnin mahiyyəti;
23.1.6.   məsuliyyət məsələsinə baxılan hakimin izahatı;
23.1.7.   Məhkəmə-Hüquq Şurasının müəyyən etdiyi hallar və gəldiyi nəticə;
23.1.8.   qərarın məzmunu;
23.1.9.   qərardan şikayət verilmə qaydası və müddəti.
23.2. intizam icraatı üzrə Məhkəmə-Hüquq Şurasının qəran səsvermədə iştirak edən hakim üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
İntizam icraatı üzrə səsvermədə məsuliyyət məsələsinə baxılan ha-kimin, intizam icraatının başlanılması haqqında müraciətlə çıxış etmiş şəxsin, habelə dəvət olunmuş şəxslərin iştirakı olmadan keçirilir. Səslər bərabər bölündükdə hakim intizam məsuliyyətinə cəlb edilmir. İntizam icraatı üzrə qərarın nəticəvi hissəsi dərhal açıq elan edilir. Əsas-landırılmış qərar isə üç gün müddətində tərtib edilir.
23.3.   Qəbul olunmuş qərarın surəti intizam məsuliyyəti məsələsinə baxılan hakimə və intizam icraatının başlanılması barədə müraciət etmiş şəxsə qərar tərtib olunduqdan sonra 24 saat ərzində təqdim edilir.
İtntizam məsuliyyəti məsələsinə baxılmış hakim və intizam icraatının başlanılması barədə müraciət etmiş şəxs intizam icraatı üzrə iclasm protokolu ilə onun tərtibindən sonra üç gün müddətində tanış ola bilərlər.
 
M a d d ə 24. İntizam icraatı üzrə qərardan şikayət verilməsi
 
İntizam məsuliyyətinə cəlb edilmiş hakim intizam icraatı üzrə qəbul edilmiş qərardan bu Qanunun 18-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna şikayət verə bilər.
 
VFəsil.
 
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNIN TƏŞKİLİ
 
Maddə 25. Məhkəmə-Hüquq Şurasının iclasları
 
25.1. Məhkəmə-Hüquq Şurasının səlahiyyətinə aid edilmiş məsələlərə Şuranın iclaslasında baxılır. Məhkəmə-Hüquq Şurasının iclaslasını onun sədri apanr. Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşı Şuranın iclaslarında katib funksiyasını yerinə yetirir. Məhkəmə-Hüquq Şurasının iclasları bir qayda olaraq rübdə bir dəfədən az olmayaraq keçirilir.
25.2.   Məhkəmə-Hüquq Şurasının iclasının tarixi, vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Şuranın üzvlərinə iclasa ən geci üç gün qalmış məlumat verilir. Məhkəmə-Hüquq Şurasının iclasına Şuranın üzvlərindən başqa digər şəxslər də dəvət oluna bilərlər.
25.3.   Məhkəmə-Hüquq Şurasının iclası bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla Şuranın səkkiz üzvü iştirak etdikdə səlahiyyətli sayılır.
25.4.   Məhkəmə-Hüquq Şurasının iclasları onun Aparatı tərəfindən ən geci üç gün müddətində protokollaşdırılır. Prokotolda iclasda iştirak edən Şura üzvləri və dəvət edilmiş şəxslər göstərilir, iclasın gündəliyi, müzakirələrin məzmunu, səsə qoyulmuş məsələlər, qəbul edilmiş qərarlar və səsvermənin nəticələri əks etdirilir. Protokol Şuranın sədri və iclasın katibi tərəfindən imzalanır.
 
Maddə 26. Məhkəmə-Hüquq Şurasının sədri
 
26.1 Məhkəmə-Hüquq Şurasının sədri onun tərkibində Şura üzvlə-rinin sadə səs çoxluğu ilə seçilir. Məhkəmə-Hüquq Şurası sədrinin sə-lahiyyət müddəti iki il altı aydır.
26.2. Məhkəmə-Hüquq Şurasının sədri;
26.2.1.   Məhkəmə-Hüquq Şurasını təmsil edir;
26.2.2.   Məhkəmə-Hüquq Şurasının işini təşkil edir;
26.2.3.   Məhkəmə-Hüquq Şurasının iclaslarını çağınrır;
26.2.4.   Məhkəmə-Hüquq Şurasının iclaslarında sədrlik edir;
26.2.5.   Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Şuranın iclaslarına çıxarır;
26.2.6.   Məhkəmə-Hüquq Şurasının föaliyyətinin təmin edilməsi üçün dövlət büdcəsindən aynlmış vəsaitə sərəncam verir;
26.2.7.   Məhkəmə-Hüquq Şurasının Aparatına ümumi rəhbərliyi həyata keçirir;
26.2.8.   Məhkəmə-Hüquq Şurası Aparatının işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, mükafatlandırır və onların intizam qayda-sında cəzalandırılması məsələsini həll edir:
26.2.9.   Azərbaycan Respublikasının qanunveficiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
26.3. Məhkəmə-Hüquq Şurasıın sədri səlahiyyətlərini müvəqqəti icra edə bilmədikdə Şura üzvləri öz sıralarından Şuraya müvəqqəti sədr əvəzi seçirlər. Sədr əvəzi seçildiyi müddətdə Məhkəmə-Hüquq Şurası sədrinin səlahiyyətlərini tam həcmdə həyata keçirir.
26.4. Məhkəmə-Hüquq Şurasının sədri bu Qanunun 26.2.6-26.2.8-ci maddələrində müəyyən edilmiş səlahiyyətlərin həyata keçirilməsi Şura üzvlərindən birinə həvalə edə bilər.
 
Maddə 27. Məhkəmə-Hüquq Şurası üzvlərinin hüquq və vəzi-fələri
 
27.1. Məhkəmə-Hüquq Şurası üzvlərinin aşağıdakı hüquqları vardır:
27.1.1.   Məhkəmə-Hüquq Şurasının iclaslarında iştirak etmək, iclasın aparılmasına dair fikirlərini bildirmək;
27.1.2.   Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinə aid məsələnin həllində iştirak etmək;
27.1.3.   Məhkəmə-Hüquq Şurasında məsələlərə baxılarkən məruzəçiyə, Şuranın iclasında iştirak edən digər şəxslərə suallar vermək;
27.1.4.   qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, həmçinin hüquqi və fiziki şəxslərdən Məhkəmə-Hüquq Şurasında baxılmağa hazırlanan məsələ ilə əlaqədar sənədləri və başqa məlumatı tələb etmək;
27.1.5.   Məhkəmə-Hüquq Şurasının iclasında təqdim edilmiş ərizələr, vəsatətlər və digər materiallarla tanış olmaq:
27.1.6.   Məhkəmə-Hüquq Şurasının qəbul ediləcək qərarına dair fikir söyləmək;
27.1.7.   Məhkəmə-Hüquq Şurasının qəran ilə tam və ya qismən razı olmadıqda xüsusi rəy vermək;
27.1.8.   Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinə aid məsələlərə Şuranın iclasmda baxılması üçün təkliflər vermək;
27.1.9.   Məhkəmə-Hüquq Şurasının qərarları, protokolları və digər sənədləri ilə tanış olmaq;
27.1.10. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
27.2. Məhkəmə-Hüquq Şurasının üzvləri:
27.2.1.   Öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyası-nı, bu Qanunu, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını rəhbər tutmalı;
27.2.2.   Məhkəmə-Hüquq Şurasının iclaslasında baxılan məsələlərə hüquq və ədalət əsasında qərəzsiz yanaşmalı;
27.2.3.   Məhkəmə-Hüquq Şurasının iclaslarını üzrsüz səbəbdən buraxmamalı;
27.2.4.   Məhkəmə-Hüquq Şurasında baxılan məsələlər üzrə səsvermədə iştirak etməli və ya yazılı xüsusi rəy bildirməli;
27.2.5.   Məhkəmə-Hüquq Şurası üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli;
27.2.6.   Məhkəmə-Hüquq Şurasında baxılan məsələlər haqqında qərar qəbul edilənədək məsələnin mahiyyətinə dair fıkir söyləməməli;
27.2.7.   bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələbləri pozmamalıdırlar.
 
Maddə 28. Maraqların toqquşması
 
28.1.   Məhkəmə-Hüquq Şurasının hər bir üzvü Şuranın iclasında ba-xılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda bu haqda Şuranı məlumatlandırmalı və iclasda iştirak etməmək üçün Şuradan icazə istəməlidir.
28.2.   Bu Qanunun 28.1-ci maddəsində göstərilən əsaslar olduqda barəsində məsələyə baxılan şəxs Məhkəmə-Hüquq Şurasının üzvünə etiraz edə bilər. Etiraz Şuraya yazılı və ya şifahi formada verilə bilər. Etiraz əsaslandınlmalıdır.
28.3.   Etiraz Məhkəmə-Hüquq Şurasının iclasında etiraz məsələsinə baxılan şəxsin iştirakı olmadan müzakirə edilir. Bu məsələ üzrə qərar iclasda iştirak edən şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
 
M a d d ə 29. Məhkəmə-Hüquq Şurasının Aparatı
 
29.1.    Məhkəmə-Hüquq Şurasının iclaslarının hazırlanmasına dair təşkilati işlərin həyata keçirilməsi, Şuranın iclas protokolunun aparılması, Şuranın qəbul etdiyi qərarların icrası, habelə Şuranın səlahiyyətləri ilə bağlı digər məsələlərin həll edilməsi üçün Məhkəmə-Hüquq Şurasının Aparatı yaradılır.
29.2.    Məhkəmə-Hüquq Şurası Aparatının statusu Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının statusuna bərabər tutulur. Aparatın fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşları dövlət qulluqçusudurlar. Məhkəmə-Hüquq Şurası öz Aparatının strukturunu və ştat vahidlərini dövlət büdcəsindən Şuraya ayrılmış vəsait hüdudlarında müəyyən edir.
 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
 
Bakı şəhəri, 28 dekabr 2004-cü il.