Azərbaycan Respublikası Ali Məhkəməsi

Seyidov Əziz Cəfər oğlu

Ali Məhkəmənin hakimi

 

Seyidov Əziz Cəfər oğlu

 
Ümumi məlumat
06.10.1956 Seyidov Əziz Cəfər oğlu 6 oktyabr 1956-cı il Gəncə şəhərində anadan olmuşdur.
  Ailəlidir, 4 övladı var.
  Azərbaycan Respublikası Prezidentinin 24.12.1998-ci il tarixli Fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.
  Azərbaycan Respublikası Baş Prokurorunun 26.09.2003-cü il tarixli əmri ilə “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif olunub.
  Azərbaycan Respublikası Prezidentinin 27.09.2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
  MDB Parlamentlərarası Assambleyasının 25 illik yubileyi münasibətilə 27.03.2017-ci il tarixdə Assambleya Şurası Sədrinin “25 illik Yubiley medalı” ilə təltif olunub.
Təhsili
1983 1983-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
İş təcrübəsi
1975-1977 Həqiqi hərbi xidmətdə olmuşdur.
1983-1988 Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi, Bakı şəhər prokurorluğunun böyük müstəntiqi.
1988-1993 Azərbaycan Respublikasının Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq.
1993-1998 Azərbaycan Respublikası Hərbi Prokurorluğunun istintaq idarəsinin rəisi.
1998-1999 Azərbaycan Respublikası Prokurorluğunun Mili Təhlükəsizlik orqanlarında və Silahlı Qüvvələrdə qanunların icrasına nəzarət şöbəsinin rəisi.
1999-2001 İxtisaslaşdırılmış Hərbi Prokuror.
2001-2007 Azərbaycan Respublikası Baş prokurorluğunun Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi.
2004 Azərbaycan Respublikası Prezidentinin 30.09.2004-cü il tarixli Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.
2007-2017 Bakı şəhər prokuroru.
2017 h/h 2017-ci il aprelin 25-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.