Azərbaycan Respublikası Ali Məhkəməsi
Xocalı rayonu

Rayon haqqında

 

Xocalı — Azərbaycanda şəhər, Xocalı rayonunun inzibati mərkəzi. Xocalı şəhəri 1992-ci ilin 26 fevral tarixindən Ermənistan tərəfindən işğal olunub.
1999-cu il fevral ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Sahəsi 0,94 min kv. km, əhalisi 26 min nəfərdi (01.01.2010)
Xocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), ətrafinda son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və s. var. XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbiristanlığı - son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidədir. Burada müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və s. hazırlanan bəzək əşyaları, tunc əmək alətləri aşkar edilmişdir.
uppod

 

Qalereya