Kütləvi informasiya vasitələri nümayəndələrinin Ali Məhkəmə ilə birbaşa əlaqəsinin təmin edilməsi, lazım gəldikdə Ali Məhkəmədə baxılmış mülki və cinayət işləri haqqında onların operativ qaydada məlumatlandırılması rəhbərlik tərəfindən Ali Məhkəmənin hakimləri Vəliyeva Elşanə Rafiq qızına və Kərimov Fərhad Abdulkərim oğluna həvalə olmuşdur.
Mülki işlərlə əlaqədar məlumat almaq üçün hakim Elşanə Vəliyeva ilə 496-58-13 nömrəli, cinayət işləri ilə əlaqədar isə hakim Fərhad Kərimov ilə 493-22-03 nömrəli telefonla birbaşa əlaqə saxlamaq olar.
Bundan əlavə, həmin hakimlərlə Ali Məhkəmənin Onlayn Müraciət vasitəsilə də əlaqə saxlamaq olar.
Ali Məhkəmədə keçirilən tədbirlər haqqında müvafiq məlumatları 493-18-37 nömrəli telefonla Ali Məhkəmənin mətbuat katibi Məmmədli Allahverdi Məhərrəm oğlundan almaq olar.
<< Geri qayıt