Azərbaycan Respublikası Ali Məhkəməsi

Mirzəyev Hikmət Abbas oğlu

İnzibati-İqtisadi Kollegiyanın sədri

 

Mirzəyev Hikmət Abbas oğlu

 
Ümumi məlumat
12 mart 1955 Mirzəyev Hikmət Abbas oğlu 12 mart 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2008 2008-ci ilin 21 noyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətənə xidmətə görə” ordeninin üçüncü dərəcəsi ilə təltif olunmuşdur. 
  Ailəlidir, 2 övladı var.
Təhsili
1973-1981 1973-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, həmin təhsil müəssisəsini 1981-ci ildə bitirib.
İş təcrübəsi
1974-1976 Sovet Ordusunda hərbi xidmətdə olmuşdur.
1982-1983 Azərbaycan SSR Ədliyyə Nazirliyində məsləhətçi, baş məsləhətçi işləmiş;
1983-1985 Bakı şəhər Lenin rayon xalq  məhkəməsində stajor işləmiş;
1985-1990 Bakı şəhəri Əzizbəyov rayon xalq məhkəməsində hakim işləmiş;
1990-1993 Bakı şəhər Oktyabr (Yasamal) rayon məhkəməsinin hakimi işləmiş;
1993-2000 Ali Arbitraj (İqtisad) Məhkəməsinin hakimi işləmiş;
2000 2000-ci ilin iyul ayının 21-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi;
2000-2006 Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədr müavini- İqtisadi Mübahisələrə Dair İşlər Üzrə məhkəmə kollegiyasının sədri.  
2006-2010 İqtisadi Mübahisələrə Dair İşlər Üzrə Məhkəmə kollegiyasının sədri;
2010 h/h 2010-cu ilin dekabrın 29-dan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyanın sədri vəzifəsində çalışır;