Azərbaycan Respublikası Ali Məhkəməsi

Yusifov Şahin Yaşar oğlu

Ali Məhkəmənin hakimi

 

Yusifov Şahin Yaşar oğlu

 
Ümumi məlumat
5 avqust 1961 Yusifov Şahin Yaşar oğlu 05 avqust 1961-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur.
2008 21.11.2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə hakim vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
  Ailəlidir, 2 övladı var.
Təhsili
1978-1983 1978-ci ildə Rusiya Federasiyası N.P.Oqaryov adına Mordoviya Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1983-cü ildə həmin fakultəni “hüquqşünas” ixtisası üzrə bitirmişdir.
İş təcrübəsi
1983-1985 Hərbi xidmətdə olmuşdur.
1985-1986 Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsinin «Azərmeşətikintikağıztəchizatsatış» İdarəsində hüquq məsləhətçisi vəzifəsində işləmişdir.
1986-1987 Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsində böyük hüquq məsləhətçisi vəzifəsində işləmişdir.
1987-1989 Gürcüstan Respublikası Kutaisi qarnizonu hərbi prokurorluğunun müstəntiqi vəzifəsində işləmişdir.
1989-1992 Naxçıvan qarnizonu hərbi prokurorluğunun baş müstəntiqi, hərbi prokurorun köməkçisi, hərbi prokurorun müavini və hərbi prokuror vəzifələrində işləmişdir.
1992-2000 Bakı qarnizonu hərbi məhkəməsinin sədr müavini vəzifəsində işləmişdir.
2000-2007 Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi – Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasının sədri vəzifələrində işləmişdir.
2007 h/h 2007-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.
2008 11.02.2008-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasının sədri;
2010 2010-cu ilin dekabrın 29-dan Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının sədri vəzifəsində çalışır;