Azərbaycan Respublikası Ali Məhkəməsi

Məmmədova Şəlalə Ağakərim qızı

Mülki Kollegiyanın sədri

 

Məmmədova Şəlalə Ağakərim qızı

 
Ümumi məlumat
19 iyun 1952 Məmmədova Şəlalə Ağakərim qızı 19 iyun 1952-ci ildə Salyan şəhərində anadan olmuşdur.
  Ailəlidir, 1 övladı var.
  1986-cı ildə“Əməkdə fərqlənməyə görə”medalı ilə təltif olunmuşdur.
  2008-ci ilin 21 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar hüquqşünas” fəxri adı verilmişdir.
  2013 - ci ilin 19 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
Təhsili
1970-1977 1970-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, həmin təhsil müəssisəsini 1977-ci ildə bitirib.
İş təcrübəsi
1969-1970 Bakı şəhəri, Buzovna qəsəbəsi, Mədəniyyət sarayında uşaq sektorunun müdiri işləmiş;
1970-1971 M.F.Axundov adına Respublikası kitabxanasında kitabxanaçı işləmiş;
1972-1977 Respublika Prokurorluğunda ümumi şöbədə katibə işləmiş;
1977-1982 Respublika Prokurorluğunda məhkəmədə baxılan mülki işlərin nəzarəti üzrə şöbəsində prokuror və böyük prokuror vəzifəsində işləmiş;
1982-2000 Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olmuş;
2000 2000-ci ilin iyul ayından Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi;
2005 Məhkəmə-Hüquq Şurasının üzvüdür.
2006 2006-cı ildən hal-hazıradək Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının sədri;
2010 h/h 2010-cu ilin dekabrın 29-dan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyanın sədri vəzifəsində çalışır;