Azərbaycan Respublikası Ali Məhkəməsi

Ədalət Mühakiməsinin rəsmi emblemi
 
Ədalət mühakiməsinin rəsmi emblemi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
 
1. Ədalət mühakiməsinin rəsmi embleminin təsviri təsdiq edilsin (əlavə olunur).
 
2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
 
HEYDƏR ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 22 iyun 1999-cu il
689-IQ
 
 
Azərbaycan Respublikasının
22 iyun 1999-cu il tarixli 689-IQ Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR
 
Ədalət mühakiməsinin rəsmi embleminin
 
TƏSVİRİ
 
 
Ədalət mühakiməsinin rəsmi emblemi Azərbaycan Respublikası bayrağının üçrəngli rəmzi təsvir olunmuş Azərbaycan Respublikasının xəritəsinin fonunda ayaq üstə gözü bağlı, sağ əlində tərəzi, sol əlində isə üzü aşağı qılınc tutmuş qadın təsvirindən ibarətdir.
 
Təsvir çevrə daxilində yerləşdirilmiş və çevrə aşağı tərəflərdən postamentin içərisindən yuxarı istiqamətə doğru möhkəmlik, sarsılmazlıq, dözümlülük: güc və şöhrət rəmzi olan palıd ağacının yaşıl rəngli budaqları ilə əhatə edilmişdir.
 
Çevrənin yuxarı hissəsində qızılı fonda “Azərbaycan Respublikası” sözləri yazılmışdır.
 
Postament üstündə dayanmış qadının təsviri monoxrom rənglə işlənmişdir. Qızılı rəngdə olan postamentin üzərində “ədalət mühakiməsi” sözləri yazılmışdır. Qadının başı üzərində günəş şüaları təsvir edilmişdir.
 
Emblemin arxa tərəfində postamentin üzərində “1999-cu il” sözləri yazılmışdır.