Əhmədova Mehparə Tofiq qızı 15 dekabr 1959-cu ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuşdur.
Ailəlidir 2 övladı var.
Təhsili
1979-1981
1979-cu ildə Bakı Maliyyə-kredit texnikomunun hüquq fakültəsinə daxil olub, həmin təhsil müəssisəsini 1981-ci ildə bitirib.
1983-1989
1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, həmin təhsil müəssisəsini 1989-cu ildə bitirib.
İş təcrübəsi
1977-1978
Salyan rayonu 1 nömrəli sovxozda fəhlə işləmişdir.
1978-1979
Salyan rayonu 1 nömrəli sovxozun komsomol komitəsinin uçot bölməsinin müdiri vəzifəsində işləmişdir;
1981-1990
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Məhkəmə orqanları idarəsində katibə, inspektor, birinci dərəcəli mütəxəssis vəzifəsində işləmişdir;
1990-1991
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində hamılıqla hüquqi təhsil və hüquq tərbiyəsi şöbəsində 1 dərəcəli mütəxəssis vəzifəsində işləmişdir;
1991
1991-ci ilin may ayından avqust ayınadək Qanunlar toplusunun redaksiya qrupunda 1 dərəcəli mütəxəssis vəzifəsində işləmişdir;
1991-1992
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində ümumi şöbənin müdiri işləmişdir;
1992-1994
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xalq təsərrüfatında hüquq işi və vəkillik şöbəsində 1 dərəcəli mütəxəssis, aparıcı mütəxəssis vəzifəsində işləmişdir;
1994-1995
Azərbaycan Ədliyyə Nazirliyində Hüquq mədəniyyətinin yüksəldilməsi və hüquq xidməti işinin təşkili idarəsinin rəis müavini vəzifəsində işləmişdir;
1995-1998
Bakı şəhəri 6 saylı dövlət notariat kontorunda notarius vəzifəsində işləmişdir;
1998-2000
Bakı şəhəri 2 saylı dövlət notariat kontorunda baş dövlət notariusu vəzifəsində işləmişdir;
2000-2007
Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hakimi;
2007-2008
Bakı şəhəri 2 saylı yerli iqtisad məhkəməsində hakim;
2008-2010
Bakı Apellyasiya Məhkəməsində hakim;
2010 h/h
2010-cu ilin avqustun 28-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi;
Ali Məhkəmənin hakimi
Əhmədova Mehparə Tofiq qızı
Ümumi məlumat
Təhsili
İş təcrübəsi