Azərbaycan Respublikası Ali Məhkəməsi

Hüseynov Azər Soltanhəmid oğlu

Ali Məhkəmənin hakimi

 

Hüseynov Azər Soltanhəmid oğlu

 
Ümumi məlumat
27 oktyabr 1957 Hüseynov Azər Soltnahəmid oğlu 27 oktyabr 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur.
  Ailəlidir, 2 övladı var.
Təhsili
1975-1980 1975-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1980-ci ildə həmin universiteti bitirmişdir.
İş təcrübəsi
1980-1981 Azərbaycan Respublikası Elmlər Akademiyası,Fəlsəfə və hüquq institutunda baş laborant; 
1981-1982 SSR-i Elmlər Akademiyası, Dövlət və Hüquq İnstitutunun stajor tədqiqatçısı;
1982-1986 SSR-i Elmlər Akademiyası, Dövlət və Hüquq İnstitutunun aspirantı;
1986-1989 Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və hüquq institutunun baş laborantı;
1989 1989-cu ilin mart ayından may ayınadək  Əzizbəyov rayon xalq məhkəməsində tərcüməçi;
1989-1992 Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Maliyyə Təsərrüfat idarəsində rəis müavini; Qanunlar toplusu redaksiya qrupunda və qanunvericilik idarəsində ikinci və birinci dərəcəli mütəxəsiss vəzifələrində çalışmış;
1992-2000 Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Qanunvericilik və Hüquq Ekspertizası məsələləri şöbəsinin böyük məsləhətçisi;
2000-2007 Azərbaycan Respublikası İqtisad Məhkəməsinin hakimi;
2007 h/h 2007-ci ilin iyul ayından hal-hazıradək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.